Icma.az
close
up
RU
“Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda panel müzakirələr keçirilib

“Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda panel müzakirələr keçirilib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Mayın 1-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda panel müzakirələr keçirilib.

XQ xəbər verir ki, müzakirələr BMT-nin Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova 2026-cı ilin ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini xatırladıb. Bildirib ki, bu qərar Azərbaycanda şəhərsalma və memarlıq sahələrinin inkişafına göstərilən ardıcıl dövlət qayğısının və strateji diqqətin məntiqi davamıdır. 

Bu il Bakıda növbəti dünya miqyaslı tədbirin - Ümumdünya Şəhər Forumunun (WUF13) keçiriləcəyini söyləyən Ceyran Mahmudova belə bir mötəbər tədbirin Azərbaycanda təşkilinin xüsusi simvolik məna daşıdığını vurğulayıb. 

Rektor qeyd edib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edib və bu ənənə hazırda davam etdirilir. 

Mayın 17-22-si tarixlərində Bakıda keçiriləcək WUF13 çərçivəsində isə ölkəmiz növbəti dəfə qlobal platformada öz potensialını nümayiş etdirəcək. 

Azərbaycanın  UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş tarixi abidələri haqqında məlumat verən Ceyran Mahmudova müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələrimizin əsrlər boyu xalqımız tərəfindən qorunduğunu vurğulayıb.

Onun sözlərinə görə, Bakı və ölkənin digər şəhərləri gündən-günə inkişaf edir, memarlıq baxımından yeni, estetik və funksional tikililərlə zənginləşir. Müasir memarlığın sürətli inkişafı fonunda Bakının əsas üstünlüklərindən biri tarixi memarlıq nümunələrinin müasir şəhərsalma həlləri ilə üzvi və harmonik şəkildə vəhdət təşkil etməsidir.

Ceyran Mahmudova bildirib ki, tədbir çərçivəsində şəhərsalma, şəhərsalmada memarlığın rolu, eləcə də şəhər mühitinə müasir baxışlar kimi mühüm mövzular ətrafında müzakirələr aparılacaq. Bugünkü tədbir WUF13-ün proqramına töhfə verməklə yanaşı, bu istiqamətdə yeni elmi araşdırmaların aparılması üçün də geniş imkanlar yaradacaq.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək tədbiri şəhərsalma proseslərinə elmin, mədəniyyətin və incəsənətin töhfəsini müzakirə edən mühüm platforma kimi dəyərləndirib. Bildirib ki, tədbir ölkə Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bu sahədəki layiqli elmi-mədəni hesabatıdır. 

Akademik İsa Həbibbəyli vurğulayıb ki, qlobal proseslər fonunda, o cümlədən Mərkəzi Asiya və Rusiya təcrübəsində şəhərsalma sahəsində mühüm nailiyyətlərlə yanaşı, urbanizasiyanın yaratdığı ciddi problemlər də mövcuddur. Bir vaxtlar sivilizasiya göstəricisi kimi dəyərləndirilən urbanizasiya XXI əsrdə sosial-iqtisadi böhranlara yol aça bilən amilə çevrilib. Bu səbəbdən urbanizasiya problemlərinin həlli yalnız memarların deyil, alimlərin, filosofların, demoqrafların və iqtisadçıların da qarşısında duran vəzifədir. Bu prosesdə mədəniyyət və incəsənətin rolu xüsusilə əhəmiyyətlidir.

AMEA rəhbəri qeyd edib ki, əhalinin və iş yerlərinin əsasən iri şəhərlərdə cəmləşməsi regionların inkişafına mənfi təsir göstərir, sənayeləşmənin yalnız regionlarda təşkili isə optimal yanaşma hesab olunmur. O, bu baxımdan balanslı inkişaf modelinin vacibliyinə diqqət çəkərək Azərbaycanın bu sahədə uğurlu nümunə kimi çıxış etdiyini vurğulayıb. Əlavə edib ki, cənab Prezidentin regionların inkişafına yönəlmiş proqramları ölkə üzrə balanslaşdırılmış inkişafı təmin edir.

Akademik İsa Həbibbəyli World Urban Forum 13-ün  (WUF13) yalnız memarlıq deyil, həm də şəhərsalma və sosial inkişaf məsələlərini əhatə etdiyini deyərək, XXI əsrdə Bakı şəhərinin müasir şəhərsalmanın uğurlu nümunələrindən biri hesab olunduğunu bildirib. Qeyd edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağda salınan ağıllı kəndlər və müasir şəhərlər – Ağdam, Füzuli, Xankəndi və Şuşa – klassik və müasir memarlığın vəhdətinə əsaslanan model kimi formalaşdırılır.

Azərbaycanın zəngin memarlıq ənənələrinə malik olduğunu söyləyən AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd olunması bu irsə verilən önəmin göstəricisidir. O, həmçinin Heydər Əliyev Mərkəzinin müasir memarlığın şah əsərlərindən biri kimi qəbul edildiyini deyib.

Akademik İsa Həbibbəyli konstruktiv yanaşmalara həddindən artıq üstünlük verilməsinin klassik memarlıq ənənələrinin zəifləməsi riskini yaratdığını qeyd edərək, klassik və müasir memarlığın paralel inkişafının əsas vəzifələrdən biri olduğunu bildirib. Onun sözlərinə görə, “Şəhərsalma və Memarlıq İli”nin elan olunması və ADMİU-nun bu mövzuya həsr olunmuş konfransın keçirilməsi mövcud boşluqların aradan qaldırılmasına, şəhərsalma proseslərində incəsənətin rolunun gücləndirilməsinə xidmət edir.

AMEA prezidenti yekunda bugünkü tədbirin ölkədə gedən sürətli şəhərsalma proseslərinə elmin, mədəniyyətin və müasir memarlığın töhfəsi kimi yeni ideya və təşəbbüslərin formalaşmasına şərait yaradacağına, bütövlükdə ölkəmizin inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib, tədbirin işinə uğurlar arzulayıb. 

Daha sonra tədbir öz işini  “Ağıllı şəhər: mədəni infrastrukturun rəqəmsal idarəolunması”, “Böyük Qayıdış kontekstində mədəni irs”, “Şəhər ənənəvi və müasir mədəni irsin keşiyində” və “Şəhər mövzusu kino və teatrda” adlı seksiyalar üzrə davam etdirib. 

Qeyd edək ki, tədbirdən gözlənilən əsas nəticə rəqəmsal şəhər mühitində mədəni irsin daha effektiv təbliği, eləcə də müasir incəsənətdə ənənəvi mədəni irs elementlərindən istifadənin əsas istiqamətlərinin müəyyənləşdirilməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri