Icma.az
close
up
RU
Ekoloq: Şəhər mühitində yaşıllıq sahələrinin artırılması vacibdir

Ekoloq: Şəhər mühitində yaşıllıq sahələrinin artırılması vacibdir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 avqust, AZƏRTAC

Şəhərlərdə temperatur fərqlərinin yaranmasında yalnız hava şəraiti deyil, tikililərin sıxlığı və hündürlüyü, fasadlarda istifadə olunan materiallar, günəş şüalarının düşmə istiqaməti, nəqliyyat vasitələri və yaşıl örtüyün xüsusiyyətləri də mühüm rol oynayır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev bildirib.

Onun sözlərinə görə, müxtəlif şəhərlərin coğrafi mövqeyi və şəhərsalma xüsusiyyətləri onların istilik rejiminə təsir edən əsas amillərdəndir. Bakı kimi mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu ərazilərdə hündür və şüşəli binaların tikintisi zamanı günəş şüalarının düşmə bucağı və istiqaməti nəzərə alınmalıdır. Şüşəli səthlərin şüaları əks etdirməsi, hündür tikililərin isə böyük səthlərə malik olması ayrı-ayrı sahələrdə istiliyin toplanmasına təsir göstərə bilər.

“Günəş şüalarının düşmə bucağı və istiqaməti nəzərə alınmalıdır. Şüşəli binalarda əksolunma nəticəsində yaxınlıqdakı digər binaların və səthlərin əlavə isinməsi də mümkündür. Bütün bunlar temperatur fərqlərinin yaranmasına təsir göstərir”, - deyə Ənvər Əliyev qeyd edib.

Ekoloq şəhərdə avtomobillərin yaratdığı əlavə istiliyin və daxiliyanma mühərriklərindən atmosferə atılan qazların da ümumi istilik şəraitinə təsir göstərən amillər sırasında olduğunu bildirib.

Onun sözlərinə görə, tikililər və yaşıllıqla örtülü sahələr arasında temperatur fərqi günün müxtəlif vaxtlarında dəyişə bilər. Burada günəş şüalarının düşmə bucağı, binaların qarşılıqlı yerləşməsi, fasadların xüsusiyyətləri və ağac örtüyünün sıxlığı kimi amillər nəzərə alınmalıdır.

“Yaşıllıq olan ərazilərlə binaların üstünlük təşkil etdiyi sahələr arasında 3-5 dərəcəyədək temperatur fərqi yarana bilər. Lakin bu, günün hansı vaxtında ölçülməsindən, şüaların düşmə bucağından və digər amillərdən asılıdır. Bu istiqamətdə konkret tədqiqat aparılmadığı üçün həmin rəqəmləri ümumi göstərici kimi qəbul etmək olmaz”, - deyə şöbə müdiri diqqətə çatdırıb.

İri ağaclar mikroiqlimin formalaşmasına təsir edir

Ənvər Əliyev şəhərlərdə yaşıllaşdırmanın genişləndirilməsinin mikroiqlimin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi vurğulayıb. O, xüsusilə hündür, enliyarpaqlı və geniş kölgə yaradan ağacların əkilməsini məqsədəuyğun hesab edib.

“Böyük ağacların əhatəsində sərinlik dərhal hiss olunur. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının bağında iri çinar ağaclarının yaratdığı mühit buna yaxşı nümunədir. Belə ərazilərdə temperatur fərqi bəzi hallarda 5-6 dərəcəyə qədər çata bilər”, - deyə ekspert bildirib.

O deyib ki, ağacların əkilməsi ilə yanaşı, onların böyüməsi və uzun müddət qorunması üçün də əlverişli şərait yaradılmalıdır. Bunun üçün yaşıllıq sahələrinin düzgün suvarılması, iri ağacların mühafizəsi və onların inkişafına imkan verilməsi vacibdir.

“Yaşıl kütlənin artırılması üçün ağacların fotosintez prosesini daha intensiv aparmasına və daha çox kölgə yaratmasına imkan verilməlidir. Bunun üçün onların su ilə təminatı da düzgün təşkil olunmalıdır”, - deyə Ənvər Əliyev əlavə edib.

Ekoloq yaşıllıq örtüyünün yalnız sahəsinə deyil, keyfiyyətinə və strukturuna da diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iri və kölgə salan ağacların qorunması şəhər ərazilərində daha əlverişli mikroiqlimin yaranmasına kömək edə bilər.

Ənvər Əliyev sanitariya-gigiyenik tələblər baxımından adambaşına 50 kvadratmetr yaşıllıq sahəsinin nəzərdə tutulmasının vacibliyini də qeyd edib.

Beləliklə, şəhərlərdə temperatur şəraitinin yaxşılaşdırılması yalnız yeni yaşıllıq sahələrinin yaradılmasından deyil, mövcud ağac örtüyünün qorunmasından, düzgün ağac seçimi və suvarmadan, eləcə də tikinti zamanı şəhərin mikroiqliminə təsir edən amillərin nəzərə alınmasından asılıdır.

Müəllif - Lalə Minasazova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri