Icma.az
close
up
RU
Səhər yeməyi Günün hekayəsi

Səhər yeməyi Günün hekayəsi

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün görkəmli ABŞ yazıçısı, Nobel mükafatı laureatı Con Steynbekin doğum günüdür.

Kulis.az "Günün hekayəsi" layihəsindən onun "Səhər yeməyi" hekayəsini təqdim edir.

Bu hadisə bütün vücuduma yağ kimi yayılır. Səbəbini bilmirəm, amma həmin hadisə ən xırda detallarına qədər gözümün önündədir. Onu tez-tez xatırlayıram, hər dəfəsində də yaddaşımın dərinliyindən daha çox detal üzə çıxır, xatırlama özü ilə maraqlı və xoşagələn bir həzz gətirir.

Səhər tezdən idi. Şərqdəki dağlar göy və qara rənglərə çalır, onların arxasından gələn azacıq rənglənmiş işıq dağların başına toxunan yerində əvvəl açıq qırmızıya, sonra daha soyuq rənglərə çalır, boz rəngə boyanır və yuxarıya doğru getdikcə tündləşirdi. Lap yuxarıda isə, Qərb tərəfdə gecə ilə qovuşurdu.

Həm də soyuq idi, kəsici şaxta deyildi, amma mən əllərimi tez-tez ovuşdurmalı və ciblərimin lap dərinliyinə salmalı, kürəyimi əyməli və ayaqlarımı yerə döyəcləməli olurdum. Vadinin aşağısında, mənim dayandığım yerdə, torpaq sübh çağının açıq bənövşəyi, boz rənglərinə boyanmışdı. Mən kənd yolu ilə gedib irəlidə torpaqdan azacıq açıq boz rəngli bir çadır gördüm. Çadırın yanındakı köhnə paslı dəmirdən olan qaz sobasında yanan odunların narıncı alovu ətrafa yayılırdı. Yerə yaxın quraşdırılmış bacadan boz tüstü qırıq-qırıq şəkildə çıxırdı, onun ərtafa yayılıb yoxa çıxması xeyli çəkirdi.

Mən qaz sobasının qarşısında dayanmış gənc bir qadın gördüm, özü də çox gənc. O, rəngi solmuş pambıq ətək və köynəkdə idi. Bir az yaxınlaşdıqdan sonra gördüm ki, onun bir qolunun üstündə körpə uşaq var və qadın onu əmizdirir, uşağın başı isə soyuq olmasın deyə, anasının köynəyinin altındadır. Ana bir az irəli gəlib odu üfürərək daha da alışdırdı, sobanın qapağını açaraq paslı qapaqları qaldırmağa başladı ki, böyüyünü seçsin, uşaq isə həmin vaxtı əmməyə davam edirdi və bu, nə ananın işləməsinə, nə də onun incəliklə etdiyi hərəkətlərinə mane olurdu. Onun hərəkətləri çox səliqəli və bacarıqlı idi. Sobadan çıxan narıncı alov çadırın üzərinə oynayan kölgələr salırdı.

Mən indi lap yaxında idim və qızarılan qaxac olunmuş donuz ətinin və bişən çörəyin ətrini iyləyə bilirdim, bunlar ən xoş, ən ləzzətli qoxular idi mənimçün. Şərqdən gələn işıq sürətlə artmağa başlayırdı. Mən sobaya yaxınlaşıb əllərimi ona tərəf uzatdım və istiliklə təmasdan bütün bədənimi əsməcə tutdu. Çadırın örtüyü qalxdı və oradan cavan bir oğlan çıxdı, onun arxasınca da yaşlı bir kişi gəlirdi. Onlar mavi rəngli yeni cins kombinezon və bürünc düymələri parıldayan cins gödəkcə geyinmişdilər. Hər ikisinin üz cizgiləri iti idi və bir-birinə bənzəyirdilər.

Cavanın qara qısa saqqalı və qocanın da boz qısa saqqalı vardı. Onların başları və sifətləri yaş idi, saçlarında su süzülüb onların sıx saqqallarında toplanır, su yanaqlarını parlaq edirdi. Onlar işaran şərqə birlikdə baxaraq sakitcə dayanmışdılar, eyni vaxtda əsnədilər və qırovun üzərinə düşən işığa baxdılar. Sonra da dönüb məni gördülər.

– Sabahın xeyir, – yaşlı kişi dedi. Onun üzünün ifadəsindən bunu səmimi deyib-demədiyini bilmək olmurdu.
– Sabahınız xeyir, cənab, – mən dedim.
– Hər vaxtın xeyir, – cavan dedi.

Onların üzündəki su yavaş-yavaş quruyurdu. Onlar sobaya yaxınlaşıb əllərini qızdırmağa başladılar.

Qız öz işi ilə məşğul idi, üzünü çevirmişdi və diqqəti etdiyi işdə idi. Onun saçları üzünə tökülməsin deyə, bir bağla yığılmışdı, ona görə də qız hərəkət etdikcə kürəyinə sallanmış, bir yerə toplanmış saçı yellənirdi. O, qalay fincanları paltar sandığının üstünə qoydu, qalay boşqab, bıçaq-çəngəli də çıxardı. Sonra da qızarmış əti yağın içindən çıxarıb böyük dayaz qalay qaba qoydu, xırçıldayan ət açılır və xışıldayırdı. Qız sobanın paslı qapağını açdı və içi iri çörəklərlə dolu olan yastı bir tava çıxardı.

Qaynar çörəyin ətri ətrafa yayılan kimi hər iki kişi nəfəslərini içəri çəkdilər.

Yaşlı mənə tərəf döndü:

– Səhər yeməyini yemisən?
– Elə isə gəl bizimlə əyləş.

Bu işarə idi. Biz sandığa yaxınlaşıb onun ətrafında elə yerdəcə oturduq. Cavan məndən soruşdu:

– Pambıqyığansan?
– Düz on iki gündür işləyirik, – cavan dedi.

Qız soba tərəfdən dilləndi:

– Onlara hətta yeni geyim də veriblər.

Hər iki kişi yeni cins kombinezonuna baxıb azacıq gülümsədilər.

Qız isə qabdakı əti, qəhvəyi çörəkləri, ətin üzərinə tökmək üçün bir kasa sous və bir çaynik qəhvə gətirib özü də sandığın yanına çökdü. Uşaq onu hələ də əmirdi, başı yenə də köynəyin altında idi. Mən uşağın ağzını marçıldatmamasını eşidə bilirdim.

Biz yeməkdən boşqablarımıza qoyduq, çörəyin üzərinə sous tökdük və qəhvəmizin içinə qənd saldıq. Qoca kişi ağzını yeməklə doldurdu və çeynəməyə başladı, çeynədi-çeynədi, nəhayət, uddu və dedi:

– Aman Tanrım, çox dadlıdır.
Yenə də ağzını yeməklə doldurdu.

Cavan dedi:

– Biz on iki gündür ki, yaxşı yeyirik.

Biz hamımız yeməyi tələsə-tələsə, acıqla yeyirdik. Boşqabımız boşalan kimi onu yenidən doldururduq, nəhayət, doyduq və isindik. Acı qaynar qəhvə boğazımızı yandırdı. Qəhvənin fincanlarımızın içində qalan dibini yerə töküb onları yenə də doldurduq.

İşıq hələ indi rəngə boyanırdı − qırmızımtıl işartıya. Bu rəng havanı soyuq göstərirdi. Hər iki kişi üzünü şərqə sarı çevirmişdi, ona görə də onların üzləri çıxan günəşin rənginə boyanmışdı. Mən də bir anlıq başımı qaldırdım və qoca kişinin gözlərinin içində dağlarının və onların üzərindən gələn işığın əksini gördüm.

Sonra hər iki kişi fincanlarının dibini yerə boşaldıb ayağa qalxdılar.

– Artıq getmək vaxtıdır, – yaşlı olan dedi.

Cavan mənə tərəf döndü.

– Sən də pambıq yığmaq istəyirsənsə, bəlkə, sənin üçün bir şey edə bilərik.

–Yox, çox sağ olun. Yoluma davam etməliyəm. Səhər yeməyinə görə minnətdaram.

Yaşlı kişi əlini inkar anlamında yellədi.

– Yaxşı. Xoş getdin.

Onlar birlikdə uzaqlaşdılar. Şərq tərəfdən gələn şəfəq havanı işıqlandırmışdı. Mən də cığırla üzüaşağı getdim.

Vəssalam. Mən, əlbəttə ki, bu hadisənin məndə nəyə görə xoş iz buraxdığını bilirəm. Lakin mən bu barədə düşünəndə o möhtəşəm gözəlliyin bir parçası var idi ki, indi mənim qızarmağıma səbəb olur./edebiyyat.az/

Tərcümə: Svetlana Quliyeva

Gənclər Günü ilə bağlı virtual sərgi təqdim olundu Halit Ergenç yeni serialda Zəlzələ - Cəlil Məmmədquluzadənin hekayəsi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Fevral 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aerobika və akrobatika gimnastikası üzrə Bakı birinciliyinə yekun vurulur FOTO

30 May 2026 13:39see256

Rahim Sterlinq həbs edilib The Sun

30 May 2026 06:14see205

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

30 May 2026 04:46see194

Pentaqon Ağ Evdə UFC tədbiri üçün hərbçiləri cəlb edir

30 May 2026 05:10see194

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

30 May 2026 11:43see192

Kürdəmirdə də Bazarstore açılacaq

30 May 2026 08:27see181

Çempionlar Liqasının qalibi penaltilər seriyasında müəyyən olacaq CANLI

30 May 2026 22:52see178

Qəzza sakinlərinin köçürülməsinə Türkiyədən CAVAB

30 May 2026 22:33see176

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub

30 May 2026 07:09see176

UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək

30 May 2026 09:41see166

Ermənistan hərbi paradda Qərb silahlarını nümayiş etdirdi...

30 May 2026 18:17see165

Azərbaycanın bədii gimnastları Bolqarıstanda Avropa çempionatında iştirak ediblər

31 May 2026 05:31see164

IV və VI sinif şagirdlərinin diqqətinə: Monitorinq tarixləri açıqlandı

30 May 2026 12:50see164

Xankəndidə möhtəşəm atəşfəşanlıq yaşandı FOTO

30 May 2026 23:09see161

Qadağa qəzəbə ÇEVRİLDİ: Anasını DÖYDÜ GÖRÜNTÜLƏR

30 May 2026 21:52see160

Mütəmadi olaraq yumurta yemək orqanizmə necə təsir edir? 6 vacib dəyişiklik

30 May 2026 15:03see158

Premyer liqadan çempionşipə üz tutacaq

31 May 2026 09:06see155

“ABŞ ın Ay planlarına ağır zərbə: bir partlayış bütün arziları puç etdi“ “Politico“

31 May 2026 15:49see154

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see153

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri