Icma.az
close
up
RU
“Şəhərdən Kəndə”:5 təsərrüfata dəstək göstərilib

“Şəhərdən Kəndə”:5 təsərrüfata dəstək göstərilib

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aqroturizmin inkişaf etdirilməsi, təsərrüfat sahibləri üçün əlavə gəlir imkanlarının yaradılmasına xidmət edən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində 2024-cü il ərzində Masallı, Kürdəmir, Lerik, Lənkəran, Quba, Şəmkir, Qusar rayonları üzrə ümumilikdə 12 təsərrüfatın qiymətləndirilməsi həyata keçirilib.

Qiymətləndirmədən sonra İsmayıllı və Masallıda 2 aqroturizm təsərrüfatlarında abadlaşdırma işləri yekunlaşdırılıb, Şabran, Quba və Astarada 3 təsərrüfata dəstək göstərilib.

“Cebheinfo.az” xəbər verir ki, layihədə iştirak üçün əsas meyar olaraq aqrar sahənin mövcudluğu, əraziyə qədər yolun rahatlığı, turistlər üçün istirahət imkanlarının müxtəlifliyi və təsərrüfat sahibinin turistlərlə rəftar baxımından malik olduğu şəxsi keyfiyyətlər nəzərə alınır.

2024-cü ildə dəstək göstərilən təsərrüfatlar üzrə turistlər üçün 8 aqrotur yaradılıb, aqroturların satış şəbəkəsinin genişləndirilməsi məqsədi ilə 19 turizm şirkətinin nümayəndələri üçün infotur təşkil edilib, 91 şirkətin nümayəndələri üçün isə təqdimat keçirilib.

İl ərzində təsərrüfat sahiblərinin “Şəhərdən Kəndə” layihəsi barədə məlumatlılığını artırmaq məqsədilə Lerik, Biləsuvar, Gədəbəy, Tovuz, Daşkəsən rayonlarında 107 fermerə təqdimat keçirilib. Bundan əlavə daha 203 təsərrüfat sahibi aqroturizmin əsasları, qida məhsullarının etiketlənməsi və markalanması ilə təlimlərə cəlb olunublar.

Dəstək göstərilən aqroturizm təsərrüfatlarının tanıdılması məqsədilə fermerlərə media və marketinq dəstəkləri göstərilib, təsərrüfat sahələrində çəkilişlər aparılıb, mediatur və müsabiqələr təşkil edilib.

Qeyd edək ki, 2025-ci ilədək layihə çərçivəsində 342 təsərrüfatdan 391 fermerə aqroturizmlə bağlı müxtəlif mövzularda təlimlər keçirilib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 26 təsərrüfatda təmir-abadlaşdırma işləri aparılıb, təsərrüfatlar müxtəlif avadanlıqlarla təmin olunub, onların fəaliyyətinə marketinq dəstəyi verilib.

“Aqrar Tədarük və Təchizat” ASC-nin “Şəhərdən Kəndə” layihəsi “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilir.

Nigar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri