Icma.az
close
up
RU
Lənkəranda “Şəhərdən Kəndə” layihəsi FOTOLAR

Lənkəranda “Şəhərdən Kəndə” layihəsi FOTOLAR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Mətbuat Günü münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 2–3 iyul tarixlərində media nümayəndələri üçün mediatur təşkil olunub.

Modern.az xəbər verir ki, səfərin əsas məqsədi bölgələrdə fəaliyyət göstərən fermerlərin əməyini, aqrar sahədə tətbiq olunan innovativ yanaşmaları, dövlət dəstəyi ilə həyata keçirilən layihələri və yerli istehsalın inkişafını ictimaiyyətə daha yaxından tanıtmaqdır. Eyni zamanda, tədbir kənd təsərrüfatı sahəsində görülən işlərin mediada geniş işıqlandırılmasına töhfə vermək, kəndlə şəhər arasında informasiya körpüsünü möhkəmləndirmək və medianın aqrar sahənin inkişafındakı rolunu daha da gücləndirmək məqsədi daşıyır.

İki gün davam edən səfər çərçivəsində media nümayəndələri regionun aqrar potensialı, yerli təsərrüfatların fəaliyyəti, istehsal imkanları və inkişaf perspektivləri barədə ətraflı məlumat əldə ediblər. Jurnalistlər Lənkəran rayonunda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilən “Arıçılıq Muzeyi”, “Leynə Co” və “Citrus Valley” təsərrüfatlarını ziyarət edərək, burada həyata keçirilən işlərlə yerində tanış olub və fermerlərlə görüşüblər.

Modern.az-a açıqlama verən “Aqrar Tədarük və Təchizat” ASC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri layihənin göstəriciləri və hədəfləri barədə danışıb:
"PAŞA Holdinqin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində cənub zonasına iki günlük mediatur təşkil etdik. Bu günədək layihə çərçivəsində ümumilikdə 35-ə yaxın təsərrüfata dəstək göstərilib. Onlardan 9-u cənub zonasını əhatə edir, 4-ü isə məhz Lənkəran rayonunda yerləşir.
Ziyarət etdiyimiz “Lənkəran Citrus Valley” təsərrüfatı dəstək verdiyimiz ən iri layihələrdən biridir. İlk mərhələdə bu təsərrüfata 30 min banka kompot və 10 min banka mürəbbə üçün qablaşdırma dəstəyi təmin etmişik, həmçinin həmin məhsulların Azərbaycanın müxtəlif regionlarında satışının təşkilinə köməklik göstərmişik. Bununla yanaşı, təsərrüfatda abadlıq işləri aparılıb və marketinq dəstəyi yönəldilib".


Şöbə müdiri vurğulayıb ki, "Şəhərdən Kəndə" layihəsinə Azərbaycanın müxtəlif regionlarından, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təsərrüfatlardan da qoşulmaq mümkündür:

"Layihəyə sıfırdan başlayanlar deyil, artıq müəyyən inkişaf mərhələsinə çatmış təsərrüfatlar cəlb olunur. Reqlamentə uyğun olaraq həmin yerlərdə monitorinqlər aparılır və meyarlara cavab verən təsərrüfatlara dəstək verilir. “Şəhərdən Kəndə” layihəsinə cəlb olunmaqda əsas məqsədimiz ölkədə aqroturizmin inkişafına təkan vermək və fermerlərin əlavə gəlir əldə etmək imkanlarını artırmaqdır".
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyul 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri