Icma.az
close
up
RU
“Şəhərdən kəndəsəyyar intellekt marafonu” layihəsi davam edir FOTOLAR

“Şəhərdən kəndəsəyyar intellekt marafonu” layihəsi davam edir FOTOLAR

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsinədə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Şəhərdən kəndə-səyyar intellekt marafonu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, Quba rayonunun 8 müxtəlif kənd və qəsəbə zonasında yeniyetmə və gənlərin iştirakı ilə intellektual oyunların keçirilməsini nəzərdə tutan layihənin tədbiri Quba rayonu Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbində təşkil edilib.

Yarışda Quba rayonunun Birinci Nügədi, İkinci Nügədi, Amsar, Ərməki, Yuxarı Digah kəndlərində yaşayan və təhsil alan yeniyetmə və gənclər iştirak edib.

Rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd Azərbaycan coğrafiyasının, flora və faunasının, tarixinin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin, tarixi şəxsiyyətlərinin, mədəniyyət və incəsənət xadimlərinin təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin  olunmasıdır.

Seçim turunun yekununda İkinci Nügədi kəndini təmsil edən “Azman” komandası birinci, Birinci Nügədi kəndini təmsil edən “İntellekt” komandası ikinci, Amsar kəndinin eyniadlı komandası isə üçüncü yeri tutub. Yarışın əsasnaməsinə uyğun olaraq ilk iki yeri tutan komandalar final mərhələsində iştirak etmək haqqı qazanıb. Yekunda qalib və mükafatçılar diplom, medal və kubokla təltif olunublar.

Qeyd edək ki, layihə çərçivəsində növbəti turnir Quba rayonu Vəlvələ kəndində keçiriləcəkdir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri