Icma.az
close
up
RU
Səhərə qədər qızımın qəbri üstündə yatmışam Qəzada ölən şagirdin atası

Səhərə qədər qızımın qəbri üstündə yatmışam Qəzada ölən şagirdin atası

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Mən qızımı öldürənin cəzalandırılmasını tələb edirəm”.

Bunu yanvarın18-də İmişlidə yol polisi maşının vurduğu Ayan Məmmədovanın atası Taleh Məmmədov deyib.

Taleh Məmmədov AzadlıqRadiosuna danışıb ki, 11 yaşlı qızı Ayan Yalavac kənd məktəbinin 4-cü sinfində oxuyurmuş: “Uşaq hazırlığa imtahan verməyə gedib. İmtahanı verib öz yoluyla səki ilə gəldiyi yerdə polis maşını yolda yüksək sürətlə sürürmüş, polis maşının qabağına başqa maşın çıxıb, həmin maşına toxunub, sonra səkiyə dəyib dörd uşağı vurub”.

Taleh Məmmədov danışır ki, meyitlər təhvil verilənə qədər rayonda internet də kəsilibmiş: “Meyitlər təhvil verilənə qədər internet kəsilmişdi. Dəfn gecə oldu, səhərə saxlamadıq, elə gecə dəfn etdik. Qızım dərslərini elə gözəl oxuyurdu ki, bütün müəllimləri ondan razı idi. Deyirdi, ata, həkim olacağam. Amma belimi qırıb getdi. Hamı təsəlli verir, ancaq övladım qara torpaq altındadır, gecə səhərə qədər qəbrinin üstündə yatmışam”.

Yanvarın 18-də İmişli rayonunda yol polisi maşının törətdiyi qəza nəticəsində iki məktəbli həlak olub. Hadisədən sonra bir qrup rayon sakini etiraz aksiyasına çıxıb. Sosial şəbəkələrdə etirazçıların polis maşınını əhatəyə alıb əzməsi haqda sosial görüntülər yayılıb.

Daxili İşlər Nazirliyi qəzadan sonra yaydığı məlumatda bildirib ki, yol polisi maşınının qarşısına digər bir nəqliyyat vasitəsi çıxıb. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

DİN yaydığı məlumatda bir qrup şəxsin hadisədən sonra xuliqanlıq hərəkəti törədərək, xidməti avtomobilə zərər vurduğunu bildirib. Onların saxlandığı və cinayət işinin başlandığı açıqlanıb.

Yerli mənbələr dünən gecədən İmişlidə çoxlu sayda adamın həbs olunduğunu bidirir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Yanvar 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri