Icma.az
close
up
RU
Səhərə qədər qızımın məzarının yanında qaldım

Səhərə qədər qızımın məzarının yanında qaldım

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mən qızımı öldürənin cəzalandırılmasını tələb edirəm”.

Gununsesi.info xəbər verir ki, bunu yanvarın18-də İmişlidə yol polisi maşının vurduğu Ayan Məmmədovanın atası Taleh Məmmədov deyib.

Taleh Məmmədov AzadlıqRadiosuna danışıb ki, 11 yaşlı qızı Ayan Yalavac kənd məktəbinin 4-cü sinfində oxuyurmuş: “Uşaq hazırlığa imtahan verməyə gedib. İmtahanı verib öz yoluyla səki ilə gəldiyi yerdə polis maşını yolda yüksək sürətlə sürürmüş, polis maşının qabağına başqa maşın çıxıb, həmin maşına toxunub, sonra səkiyə dəyib dörd uşağı vurub” .

Taleh Məmmədov danışır ki, meyitlər təhvil verilənə qədər rayonda internet də kəsilibmiş:“ Meyitlər təhvil verilənə qədər internet kəsilmişdi. Dəfn gecə oldu, səhərə saxlamadıq, elə gecə dəfn etdik. Qızım dərslərini elə gözəl oxuyurdu ki, bütün müəllimləri ondan razı idi. Deyirdi, ata, həkim olacağam. Amma belimi qırıb getdi. Hamı təsəlli verir, ancaq övladım qara torpaq altındadır, gecə səhərə qədər qəbrinin üstündə yatmışam”.

Yanvarın 18-də İmişli rayonunda yol polisi maşının törətdiyi qəza nəticəsində iki məktəbli həlak olub. Hadisədən sonra bir qrup rayon sakini etiraz aksiyasına çıxıb. Sosial şəbəkələrdə etirazçıların polis maşınını əhatəyə alıb əzməsi haqda sosial görüntülər yayılıb.

Daxili İşlər Nazirliyi qəzadan sonra yaydığı məlumatda bildirib ki, yol polisi maşınının qarşısına digər bir nəqliyyat vasitəsi çıxıb. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

DİN yaydığı məlumatda bir qrup şəxsin hadisədən sonra xuliqanlıq hərəkəti törədərək, xidməti avtomobilə zərər vurduğunu bildirib. Onların saxlandığı və cinayət işinin başlandığı açıqlanıb.

Yerli mənbələr dünən gecədən İmişlidə çoxlu sayda adamın həbs olunduğunu bidirir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Yanvar 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri