Səhərə telefonla başlamaq niyə zərərlidir?
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Səhər yuxudan oyanan kimi smartfona baxmaq sadə vərdiş kimi görünsə də, günün qalan hissinə və əhvalınıza təsir göstərə bilər.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, mesajları yoxlamaq çox vaxt sosial şəbəkələrə, xəbərlərə və qısa videolara baxmağa çevrilir. Beləliklə, cəmi bir neçə dəqiqəlik telefon istifadəsi yarım saata və ya daha çox vaxta uzana bilər.
Mütəxəssislər bildirirlər ki, xüsusilə səhərlər insan hələ günə başlamadığı üçün bildirişlər və tövsiyə lentləri diqqəti asanlıqla ələ keçirir. İş mesajları və narahatedici xəbərlərlə günə başlamaq isə stressi artıra bilər.
Bu vərdişdən uzaqlaşmaq üçün oyandıqdan sonra ilk 20-30 dəqiqə ərzində sosial media və xəbər lentlərini açmamaq tövsiyə olunur. Telefonu yataqdan uzaqda saxlamaq və ya ayrıca zəngli saatdan istifadə etmək də kömək edə bilər.
Günün ilk dəqiqələrini su içməyə, səhər yeməyinə, qısa məşqə və digər səhər rutinlərinə ayırmaq daha faydalıdır. Əsas məqsəd smartfondan tam imtina etmək deyil, onu səhər yuxudan oyanan kimi avtomatik yoxlama vərdişindən çıxarmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 29 Avqust 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















