Icma.az
close
up
RU
Şəhəri pinti vəziyyətə salmaq olmaz Sosioloq

Şəhəri pinti vəziyyətə salmaq olmaz Sosioloq

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakı Bulvarında əkilən dekorativ güllərin bir qismi ziyarətçilərin ehtiyatsızlığı və qaydalara əməl etməməsi nəticəsində məhv olub. Paytaxtın əsas istirahət məkanında yaşıllıqların zədələnməsi həm şəhərin estetik görünüşünü pozur, həm də mühafizə məsələsini yenidən gündəmə gətirir. Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə geniş müzakirələrə və narazılığa səbəb olub.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında deyib ki, ictimai mədəniyyət və ictimai şüur sahəsində hələ də görüləsi işlərimiz kifayət qədərdir:
“Bu məsələlər ailədən başlamalıdır. Uşaqlara, yeniyetmələrə erkən yaşlardan düzgün dəyərlər aşılanmalıdır. Eyni zamanda bağçalarda, orta məktəblərdə bu istiqamətdə daha sistemli iş aparılmalıdır. Xüsusilə ictimai məkanlarda davranış qaydaları, təbiətə münasibət, torpağa, şəhərə yanaşma kimi anlayışlar insanlara düzgün şəkildə öyrədilməlidir. Demək ki, bu sahədə müəyyən boşluqlar var və bu boşluqlar da özünü bu cür xoşagəlməz hallarda göstərir. Necə ki, bir neçə gün əvvəl abidənin üzərinə çəkilən qrafitilər nəticəsində onların görünüşü tamamilə korlanmışdı, bu da eyni problemin başqa bir təzahür formasıdır. Oxşar münasibət park və xiyabanlardakı güllərə, yaşıllıqlara qarşı da müşahidə olunur. Bu səbəbdən həm ailədə, həm də təhsil müəssisələrində uşaqlar və yeniyetmələrlə bu istiqamətdə ciddi iş aparılmalıdır. Eyni zamanda sosial media vasitəsilə maarifləndirici çarxlar hazırlanaraq cəmiyyətə mesajlar ötürülməlidir. Bundan əlavə, park və xiyabanlarda, küçələrdə xüsusi bildirişlər, elanlar yerləşdirilməli, insanlara ictimai məkanlarda davranış qaydaları aydın şəkildə izah olunmalıdır ki, hər kəs nəyi etmək olar, nəyi olmaz bilsin”.
O bildirib ki, burada həm inzibati tədbirlərə, yəni qaydaları pozanlara qarşı müəyyən cərimə və nəzarət mexanizmlərinə, həm də maarifləndirmə işlərinə ciddi ehtiyac var:
“Çünki baş verən hadisələr onu göstərir ki, cəmiyyətimizdə bəzi insanlar hələ də şəhəri öz evləri, öz ocaqları kimi qəbul etmirlər. Halbuki şəhər hər birimizin ümumi evidir və onun qorunması, inkişafı, gözəlliyi hər bir vətəndaşın məsuliyyətidir. Əgər bu şəhərin sakinləri biziksə, o zaman biz də onun estetik görünüşünə, inkişafına öz töhfəmizi verməliyik. Şəhəri pinti vəziyyətə salmaq, estetikadan uzaq görüntülərlə onu korlamaq yolverilməzdir. Digər mühüm məqam isə vətənpərvərlik məsələsidir. İnsanlarda müəyyən qədər vətənpərvərlik hissi olmalıdır ki, anlasınlar bu şəhər turistik məkandır, buraya xarici turistlər gəlir. Onlar şəhəri gəzərkən ölkə haqqında, cəmiyyətimiz haqqında ilkin təəssüratlarını məhz gördükləri mənzərələr əsasında formalaşdırırlar. Əgər onlar baxımsız parklar, dağıdılmış güllər, estetikadan uzaq qrafitilər görürlərsə, bu, Azərbaycan cəmiyyəti haqqında mənfi fikir yaradır. Bu cür əməllər nəticəsində həm şəhərin görünüşünə zərər dəyir, həm də ölkəmizin imici zədələnir. Bu məsələyə kompleks yanaşmaq lazımdır ki, həm hüquqi müstəvidə tədbirlər görülməli, həm də geniş maarifləndirmə işləri aparılmalıdır. Bu, daha məqsədəuyğun və effektiv nəticə verə bilər”.
 


Leyla Turan
Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:319
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Aprel 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri