Şəhərin mərkəzi küçəsində paradoks: Velosiped zolağı var, avtobus zolağı yoxdur
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın mərkəzində - Dilarə Əliyeva küçəsində avtobus zolağının olmaması sərnişinlərin ciddi narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı küçələrində velosiped zolaqları salınır, amma bəzi küçələrdə avtobus zolaqlarının çatışmazlığı hələ də ciddi problem olaraq qalmaqdadır.
"Dilarə Əliyeva küçəsində velosiped zolağı olsa da, avtobus zolağı yoxdur. Nəticədə pik saatlarda avtobusların hərəkəti iflic vəziyyətinə düşür. Sərnişinlər işə və ya təhsil müəssisələrinə vaxtında çata bilmirlər. Gün ərzində bu velosiped zolaqlarından barmaqla sayılacaq qədər velosipedçi keçir, onlar üçün zolaq var, amma minlərlə sərnişin daşıyan avtobuslar üçün ayrıca zolaq yoxdur".
Məsələ ilə bağlı AYNA-nın Oxu.Az-ın sorğusuna verdiyi cavabdan belə aydın olur ki, D.Əliyeva küçəsində hələlik avtobus zolağına ehtiyac yoxdur:
"Hazırda paytaxtın 37 küçə və prospektində uzunluğu 110 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib. Avtobus zolaqları şəbəkəsi genişləndirilir. AYNA tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır. Ehtiyac yaranarsa, yolun həmin hissəsində də avtobus zolağı təşkil edilə bilər".
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 20 Yanvar 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















