Səhərlər acqarına cəfəri və limon yeyin 5 təəccüblü faydası
Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cəfəri və limon immunitet sistemindən həzmə, dəri sağlamlığından qaraciyərə qədər bir çox fayda təmin edir.
Medicina.az təqdim edir:
Mütəxəssislər qeyd edirlər ki, bu iki təbii məhsulun müntəzəm istifadəsi bir çox sağlamlıq problemlərinə qarşı qoruyucu təsir göstərir.
Yüksək miqdarda vitamin, mineral və antioksidant ehtiva edən cəfəri və limon, immunitet sistemindən həzmə, dəri sağlamlığından qaraciyər funksiyalarına qədər bir çox faydalar təmin edir…
Cəfəri tərkibindəki yüksək xlorofil sayəsində bədəndən toksinlərin çıxarılmasına kömək edir. Limon qaraciyəri təmizləməyə kömək edən limon turşusu ilə zəngindir. Bu ikili qaraciyərin sağlamlığına müsbət təsir göstərər, xüsusən səhərlər ac qarına qəbul edildikdə.

C vitamini "anbarı" olan limon immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı müqaviməti təmin edir. Cəfəri A, C və K vitaminləri və minerallarla zəngindir. Bu qarışım bədəni infeksiyalardan qoruyur.
Cəfəri və limon həzm sisteminin daha sağlam işləməsinə kömək edir. Limon mədə turşusunu tarazlamağa kömək edərkən, cəfəri həzmi asanlaşdırır və qaz problemlərinə yaxşı gəlir.
Antioksidantlarla zəngin olan bu ikili dərini daha parlaq və sağlam göstərir. Xüsusilə müntəzəm olaraq qəbul edildikdə sızanaq və ləkələrin azalmasına kömək edə bilər.
Detoks təsiri sayəsində bədəndəki ödemi aradan qaldırmağa kömək edən cəfəri-limon qarışığı arıqlamaq istəyənlər tərəfindən də tez-tez seçilir. Xüsusilə səhər təzə hazırlanan cəfəri-limon suyu maddələr mübadiləsini sürətləndirərək yağ yandırılmasını dəstəkləyir.
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 May 2025 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















