Icma.az
close
up
RU
Şəhərlər artıq avtomobillər üçün yox, insanlar üçün planlanır EKSPERT

Şəhərlər artıq avtomobillər üçün yox, insanlar üçün planlanır EKSPERT

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəhərsalma artıq tikinti deyil, insan və gələcək strategiyasıdır

Son iyirmi ildə Bakı yalnız memarlıq baxımından deyil, düşüncə və həyat tərzi baxımından da ciddi dəyişikliklər yaşayan şəhərlərdən birinə çevrilib. Bu dəyişikliklərə kənardan baxan insan ilk növbədə yeni binaları, parkları, yolları və müasir infrastrukturu görür. 

Siyasi şərhçi Azər Niftiyev Sherg.az-a bildirib ki, məsələnin daha dərin qatında şəhərə münasibətin dəyişməsi dayanır. Onun fikrincə, Prezidentin Ümumdünya Şəhərsalma Forumundakı çıxışında vurğulanan məqamlar da məhz bu gerçəkliyi ortaya qoyur:

"Şəhərsalma artıq yalnız tikinti prosesi deyil, insan, ekologiya və gələcək arasında qurulan strateji münasibətdir.

Bu xüsusda bir zamanlar neft sənayesinin ağır mirası ilə yadda qalan Qara şəhərin bu gün Ağ şəhər kimi regionun ən müasir urbanizasiya nümunələrindən birinə çevrilməsi qeyd oluna bilər. Vaxtilə çirklənmə, sənaye tullantıları və boz mənzərə ilə assosiasiya olunan həmin ərazi indi şəhər daxilində yeni bir şəhər təsiri bağışlayır. 

Bu transformasiya təkcə memarlıq uğuru deyil, həm də siyasi iradənin, iqtisadi strategiyanın və şəhər estetikası anlayışının birgə vəhdətidir. Ən vacibi isə odur ki, Bakı burada keçmişini dağıtmadan onu yenidən formalaşdırmağa nail olub.

Müasir şəhərsalmanın digər mühüm istiqaməti insanların yaşayış keyfiyyətinə verilən diqqətdir. Son illərdə paytaxtda yaradılan yüzlərlə park, abadlaşdırılmış ictimai məkanlar və yaşıllıq zonaları şəhərin nəfəsini dəyişib. 

Şəhər artıq yalnız avtomobillər üçün deyil, insanlar üçün planlaşdırılır. Bu yanaşma xüsusilə ictimai nəqliyyat, metro infrastrukturu, elektrik avtobusları və mikromobillik həllərində özünü göstərir. 

Dünyanın bir çox ölkəsində ekoloji şəhər konsepsiyası hələ müzakirə mövzusu olduğu halda Bakıda bu modelin elementləri artıq real həyata tətbiq edilir".

A. Niftiyev qeyd edib ki, Prezidentin çıxışında diqqətçəkən məqamlardan biri də şəhərsalma tarixində vaxtilə verilmis yanlış qərarların olması ilə bağlıdır:

"Urbanizasiya yalnız beton və şüşə demək deyil. Burada əsas məsələ insanın özünü şəhərdə necə hiss etməsidir. Rahatlıq, təhlükəsizlik, estetik zövq və ekoloji balans bir-birini tamamlamadıqda şəhər inkişaf etmiş görünür. Bu gün Bakı təkcə Azərbaycanın paytaxtı deyil, həm də regionun urbanizasiya mərkəzidir. “Sea Breeze”, Ağ şəhər, yeni parklar və müasir nəqliyyat sistemi ölkənin gələcəyə baxışını nümayiş etdirir. 

Görünən budur ki, Bakı artıq keçmişin sənaye şəhəri obrazından çıxaraq insan və ətraf mühit harmoniyasını prioritet seçən müasir metropolis modelinə doğru irəliləyir.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi də təsadüfi deyil. Bu, Azərbaycanın artıq şəhərsalma mövzusunda yalnız öyrənən deyil, eyni zamanda təcrübəsini bölüşən tərəfə çevrildiyini nümayiş etdirir. 

Şəhərlər dövlətlərin vizit kartıdır. Bakı isə son illərdə göstərdi ki, düzgün yanaşma və strateji baxış olduqda, hətta ən çətin urbanistik mirası belə yeni inkişaf modelinə çevirmək mümkündür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 May 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri