Icma.az
close
up
RU
Səhərlər yorğun oyanmaq bunun xəbərçisi ola bilər

Səhərlər yorğun oyanmaq bunun xəbərçisi ola bilər

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Səhər saatlarında zəngli saat çaldıqda kifayət qədər yatdığını düşündüyü halda yataqdan qalxmaqda çətinlik çəkən, günə halsız başlayan və ya günün ilk saatlarında özünü bitkin hiss edən insanların sayı az deyil. Bu vəziyyət təkcə intensiv iş rejimində çalışanlarda deyil, müntəzəm yatdığını düşünən şəxslərdə də tez-tez müşahidə olunur. Əksər hallarda "gecə yaxşı yata bilmədim” deyərək ötəri yanaşılan bu hal, əslində orqanizmin verdiyi mühüm bir siqnal ola bilər.

Qaynarinfo xəbər verir ki, türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis Dr. Füsun Topçuqil səhər yorğunluğunun yalnız yuxusuzluqla izah edilə bilməyəcəyini bildirərək, bu vəziyyətin stress, yuxu keyfiyyəti, həyat tərzi və bəzi fizioloji amillərlə əlaqəli ola biləcəyinə diqqət çəkib və mühüm məlumatlar paylaşıb.

Yuxu müddəti kifayətdir, amma özünüzü dincəlmiş hiss etmirsinizsə...

Bir çox insan gecə ərzində kifayət qədər yatdığını düşünsə də, səhərlər dincəlmiş halda oyanmadığını deyir. Gecə tez-tez oyanmaq, səthi yuxu və ya orqanizmin özünü bərpa etdiyi dərin yuxu mərhələlərinə kifayət qədər keçə bilməmək bərpanı əngəlləyir. Bu zaman insan səhər saatlarında həm zehni, həm də fiziki cəhətdən yorğun hiss edir.


Görünməyən səbəblər: Vitamin çatışmazlığı və hormonal tarazlıq

Səhər yorğunluğunun arxasında bəzən həyat tərzindən daha çox klinik səbəblər dayana bilər. Yuxudan kənar aşağıdakı fizioloji amillərin mütləq araşdırılması tövsiyə olunur.


Anemiya (qan azlığı): Toxumalara kifayət qədər oksigen daşınmadıqda orqanizm daimi qənaət rejimində işləyir və bu da səhərlər ciddi halsızlığa səbəb ola bilər.

Vitamin və mineral çatışmazlığı: B12, D vitamini, maqnezium və dəmir çatışmazlığı xroniki yorğunluğun ən geniş yayılmış səbəbləri sırasındadır.

Qalxanabənzər vəzinin fəaliyyəti: Qalxanabənzər vəzin zəif işləməsi (hipotireoz) maddələr mübadiləsini ləngidərək insanın nə qədər yatsa da yorğun oyanmasına gətirib çıxara bilər.

İnsulin müqaviməti: Qan şəkərindəki tarazsızlıqlar gecə ərzində hüceyrələrin enerji qəbuluna təsir edərək səhər yorğunluğunu gücləndirə bilər.


Yuxu apnesi: Yuxu zamanı nəfəsin səthiləşməsi və ya qısa fasilələrlə dayanması yuxunun bərpaedici təsirini tamamilə aradan qaldıra bilər. Bu problemdən xəbərsiz olan şəxslər gecə boyu yüzlərlə dəfə oyanmalarına baxmayaraq bunu xatırlamazlar. Lakin səhər oyandıqlarında güclü baş ağrısı, ağız quruluğu və sanki heç yatmamış kimi bir yorğunluq hissi ilə üzləşirlər.


Stress və mavi işığın təsiri

Zehni gərginlik təkcə yuxuya getməyi çətinləşdirmir, eyni zamanda kortizol səviyyəsini yüksəldərək orqanizmin gecə boyunca gərgin vəziyyətdə qalmasına səbəb olur. Bundan əlavə, yatmazdan əvvəl telefon və planşet ekranlarından yayılan mavi işıq yuxu hormonu olan melatonini zəiflədir. Bu da bioloji saatın pozulmasına və səhər yorğunluğunun qaçılmaz olmasına gətirib çıxarır.

Yanlış yataq seçimi və bədən ağrıları

Səhər yorğunluğuna boyun, bel və ya kürək ağrılarının qoşulması da geniş yayılıb. Gecə ərzində bədən quruluşuna uyğun olmayan yataq və yastıqdan istifadə əzələlərin gərgin qalmasına səbəb olur. Nəticədə insan səhərlər həm yorğun, həm də ağrılı şəkildə oyanır.


Səhər yorğunluğu nə zaman ciddiyə alınmalıdır?

Ara-sıra yorğun oyanmaq normal sayıla bilər. Lakin bu hal davamlı xarakter alırsa, gündəlik iş qabiliyyətini azaldırsa və unutqanlıq, istəksizlik və ya fiziki ağrılarla müşayiət olunursa, mütləq həkimə müraciət edilməlidir. Qan analizləri və zərurət olduqda yuxu testləri vasitəsilə problemin kökünə enmək həyat keyfiyyətini bərpa etməyin ilk addımı hesab olunur.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri