Icma.az
close
up
RU
Şəhərləri udan qara dəliklər : Onlar necə yaranır?

Şəhərləri udan qara dəliklər : Onlar necə yaranır?

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Yerin altından qəfil gələn uğultulu çökmə ilə yolların yoxa çıxdığı, binaların uçurum kənarında asılı qaldığı səhnələr artıq yalnız fəlakət filmlərinə aid deyil. Ötən il İngiltərədə bir kanalın dibinin çökməsi nəticəsində iki qayığın yaranan nəhəng çuxura yuvarlanması bu qorxulu təbiət hadisəsini yenidən gündəmə gətirmişdi.

Ölkə.az xəbər verir ki, Türkiyə də daxil olmaqla dünyanın dörd bir yanından gələn xəbərlər çuxuların 2025-ci ildə sanki "yer udan canavarlar” kimi fəallaşdığını göstərir. Kaliforniyada bir məktəbin həyətində açılan 10 metrlik nəhəng çuxurdan tutmuş, Banqkokda əsas yolları iflic edən iri çökmələrə qədər çoxsaylı hadisələr yer qabığının sanki ayaqlarımızın altından çəkildiyi hissini yaradır. Vəziyyət o qədər ciddiləşib ki, ABŞ Konqresi çuxurların xəritələnməsi və səbəblərinin araşdırılması üçün xüsusi qanun layihəsini gündəminə daxil edib.

Çuxurlar təkcə vizual qorxu mənbəyi deyil, eyni zamanda böyük maliyyə yükünə də çevrilib. Məsələn, Baltimorda bir neçə il əvvəl yaranan bir çuxurun bağlanması üçün çəkilən xərclər gözləniləndən üç dəfə çox olub və 30 milyon dolları keçib. Şəhər rəsmiləri bildirir ki, problemi aradan qaldırmağa çalışdıqca vəziyyət daha da pisləşib və davamlı əlavə xərclər yaranıb. İnsan tələfatı isə bu hadisələrin ən acı tərəfidir: gecə yatağında yatarkən qəfil açılan çuxura düşərək bir daha tapılmayan insanların hekayələri obrukların nə qədər sinsi ola biləcəyini göstərir.

Əslində çuxurların formalaşması sadə bir prosesə əsaslanır. Su yerin altında əhəngdaşı və ya dolomit kimi asan həll olunan süxurları zamanla əridir və böyük boşluqlar yaradır. Qumdaşı kimi daha sərt süxurlar belə onları bir yerdə saxlayan təbii sementin su tərəfindən həll olunması nəticəsində qum dənələrinə parçalanaraq axıb gedə bilir. Ən təhlükəli ssenari isə yerin altında iri boşluq yarandığı halda, səthdəki qatın uzun müddət möhkəm görünməsidir. Üst qat kifayət qədər sərt olduqda, altındakı boşluq böyüyənə qədər dayanır və sonda ya zəlzələ, ya ağır nəqliyyat vasitəsinin keçidi, ya da sadəcə öz ağırlığı ilə qəfil çökür. Səth nə qədər sərt olarsa, çökmənin şiddəti və yaranan çuxurun ölçüsü də bir o qədər böyük olur.

Çuxurlar milyonlarla ildir baş verən təbii hadisələr olsa da, bu gün onların sayının artmasında insan fəaliyyətinin rolu böyükdür. Şəhərlərdə sızan su xətləri, yeraltı sularının həddindən artıq istifadəsi və iri tikinti layihələri üçün aparılan qazıntılar bu prosesi sürətləndirir. Torpağın yağış sularını hopdurmasına mane olan beton yollar və binalar suyun nəzarətsiz şəkildə yerin altına sızaraq eroziyanı artırmasına səbəb olur. Yeraltı su səviyyəsinin aşağı düşməsi isə üst qatı dəstəkləyən qaldırıcı qüvvəni zəiflədir və çökmələri qaçılmaz edir.

İqlim dəyişikliyinin gətirdiyi güclü fırtınalar və uzunmüddətli quraqlıqlar da vəziyyəti daha da ağırlaşdırır. Mütəxəssislər seysmik testlərlə bəzi təhlükəli boşluqların əvvəlcədən aşkar edilə biləcəyini desələr də, dəqiq harada axtarmaq lazım olduğunu bilmədən bu nəhəng çuxurları tapmaq samanlıqda iynə axtarmağa bənzəyir. Görünən odur ki, plansız şəhərsalma və dəyişən iqlim şəraitində təbiətin qəfil açılan bu "qara dəlikləri” müasir şəhər həyatının ən böyük və ən baha başa gələn sürprizlərindən biri olaraq qalacaq.(qaynarinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Yanvar 2026 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri