Şəhərsalma sahəsində çatışmazlıqlar Bakının inkişafına mane olur Qüdrət Həsənquliyev
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Bakı şəhərində mövcud problemlərin əsas səbəblərindən biri urbanizasiya və infrastruktur sahəsində sistemsizliyin davam etməsidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Bakı şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər” mövzusunda keçirilən konfransda Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib.
Deputat vurğulayıb ki, şirkətlərin sayı artsa da, bir çoxu proseslərdə real və effektiv iştirak etmir. Eyni zamanda, şəhərdə həyata keçirilən layihələrdə yerli icra hakimiyyətləri ilə digər aidiyyəti qurumlar arasında koordinasiya çatışmazlığı müşahidə olunur.
“Çox vaxt şəhərin mərkəzində inşaat üçün icazələr əsaslandırılmadan verilir ki, bu da əhali arasında narazılıqlara səbəb olur. Avropa ölkələrinə səfərlərimiz zamanı şəhərsalma və infrastruktur sahəsində görülən inkişafı Bakı şəhərində görmək mümkün deyil”, – deyə Qüdrət Həsənquliyev bildirib.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 19 May 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















