Şəhərsalma və Memarlıq İli elan olunmasının xüsusi rəmzi mənası var Azər Kərimli
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında "Şəhərsalma və Memarlıq İli" elan olunması ölkənin sosial-iqtisadi inkişaf strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir".
Redaktor.az xəbər verir ki, Azər Kərimli parlamentin bugünkü iclasında dedi.
Onun sözlərinə görə, bu qərar təkcə urbanistik və estetik yanaşmanın gücləndirilməsi deyil, eyni zamanda müasir idarəetmə, dayanıqlı inkişaf, milli-mədəni irsin qorunması və post-müharibə dövründə ərazilərin yenidən qurulması proseslərinin sistemli şəkildə davam etdirilməsi məqsədini daşıyır.
"Müasir dövrdə şəhərsalmaa anlayışıı yalnız tikinti fəaliyyəti ilə məhdudlaşmır. O, sosial münasibətlərin təşkili, insan kapitalının inkişafı, ekoloji balansın qorunması və ictimai rifahın təmin olunması ilə birbaşa bağlı kompleks bir idarəetmə növüdür. Azərbaycan son illər bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan, eyni zamanda milli xüsusiyyətləri nəzərə alan konseptual yanaşma formalaşdırıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri şəhərsalmanın innovativ aspektlərini ön plana çıxarır. Burada enerji səmərəliliyi, yaşıl texnologiyalar, rəqəmsal idarəetmə və sosial inklüzivlik əsas prinsiplər kimi çıxış edir. 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması bu modelin ölkə miqyasında dərinləşdirilməsinə xidmət edəcək. İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən layihələr göstərir ki, dövlət siyasətində memarlıq sadəcə forma deyil, məzmun və ideologiya daşıyıcısıdır. Yeni inzibati binalar, mədəniyyət mərkəzləri, ictimai məkanlar milli üslubun müasir memarlıq dili ilə təqdim olunmasına nümunədir. 2026-cı il bu yanaşmanın elmi, konseptual və praktik müstəvidə daha da möhkəmləndirilməsi üçün imkanlar yaradacaq. "Şəhərsalma və Memarlıq İli" elan olunmasının xüsusi rəmzi mənası var. Çünki Azərbaycan bu mərhələyə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkə kimi daxil olur. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri artıq beynəlxalq səviyyədə unikal post-müharibə şəhərsalma modeli kimi dəyərləndirilir. Şəhərsalma və memarlıq dövlətin inkişaf səviyyəsinin, idarəetmə keyfiyyətinin və vətəndaşa münasibətinin göstəricisidir".
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:14
Bu xəbər 23 Dekabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















