“Şəhərsalma və Memarlıq İli” milli irsə və müasir inkişafa strateji baxışın göstəricisidir
Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.
Milli Məclisin deputatı Günay Ağamalı Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında çıxışı zamanı Prezident İlham Əliyevin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, bu qərar dövlətin milli irsə, tarixi yaddaşa və müasir inkişaf çağırışlarına verdiyi strateji önəmin bariz ifadəsidir. Onun sözlərinə görə, sərəncam Azərbaycan şəhərsalma və memarlıq məktəbinin çoxəsrlik zəngin ənənələrinə sadiqliyin və gələcəyə yönəlmiş baxışın məntiqi davamıdır.
Günay Ağamalı qeyd edib ki, Azərbaycanın şəhərsalma və memarlıq mədəniyyəti xalqın dünyagörüşünü, estetik zövqünü və milli kimliyini əks etdirən canlı irsdir. Tarixi şəhərlərin memarlıq simasının əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin qovşağında formalaşdığını vurğulayan deputat, Şəhərsalma və Memarlıq İlinin elan edilməsini milli irsin qorunması və təbliği baxımından mühüm addım kimi dəyərləndirib.
O, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə, “Ağıllı şəhər”, “Ağıllı kənd” və yaşıl enerji konsepsiyalarının tətbiqinə diqqət çəkərək, bunun Azərbaycanın şəhərsalma siyasətinin innovativ xarakterini nümayiş etdirdiyini bildirib. Şuşa şəhərinin tarixi siması qorunmaqla bərpasını milli iradənin və mədəni yaddaşın təntənəsi adlandırıb.
Deputat əlavə edib ki, 2026-cı ildə Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ölkəmizə olan beynəlxalq etimadın göstəricisidir. Onun fikrincə, Şəhərsalma və Memarlıq İli çərçivəsində görüləcək işlər şəhərlərin daha estetik, rahat və dayanıqlı mühitə çevrilməsinə mühüm töhfə verəcək.
Afət ZİYADQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 23 Dekabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















