Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Şəhərsalma və memarlıqda yeni dövr ili

Şəhərsalma və memarlıqda yeni dövr ili

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Artıq 2025-ci ili arxada qoymaq üzrəyik. “Konstitusiya və Suverenlik İli” kimi tarixə düşən bu il xalqımızın birliyini, həmrəyliyini və gücünü bir daha göstərdi. 2025 Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlamətdar oldu. Bu nailiyyətlər ilimizi uğurlu və yadda qalan etdi. İndi isə 2026-cı il yeni imkanlar, tərəqqi və inkişafın ili kimi xalqımızın həyatına daha parlaq səhifələr gətirəcək. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunub. 

Əvvəla, bu qərar şübhəsiz ki, ölkədə şəhərsalma və memarlıq sahəsində tarixi ənənələrin qorunması və inkişaf etdirilməsi baxımından alqışa layiqdir. Sirr deyil ki, dövlətimiz tarixi şəhərlər, qalalar, karvansaralar, məscid və türbələr kimi abidələrin bərpasına və mühafizəsinə xüsusi diqqət yetirir. Eyni zamanda, müasir memarlıq layihələri şəhərlərin görünüşünü zənginləşdirəcək və dayanıqlı inkişaf prinsipinə uyğun həyata keçiriləcək. 

İkincisi, düşmənin xaincəsinə taladığı, viran qoyduğu işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri milli iradənin və innovativ yanaşmaların təzahürüdür. Bu ərazilərdə xalqımızın mədəniyyətinə söykənən memarlıq mühitinin qorunması və yeni infrastrukturun yaradılması,  tarixi irsin yaşadılması, müasir həyat standartlarının təmin edilməsi baxımından böyük önəm daşıyır.
Üçüncüsü, Azərbaycanın beynəlxalq forumlarda fəal iştirakı ölkənin bu sahədəki nüfuzunu artırır və təcrübə mübadiləsini təmin edir. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi tarixə malik ölkəmiz memarlıq abidələrinin qorunması və inkişafında əhəmiyyətli rol oynayır. Əminliklə qeyd etmək olar ki, Azərbaycan şəhərsalma və memarlıq sənətində unikal nümunələr yaradıb və həmişə bu sahədə seçilib, öndə olub. Bu baxımdan ölkəmizdə “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi heç də təsadüfi deyil.

Dördüncüsü, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi sərvətlərimiz olan İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, Qız Qalası, Şəkinin tarixi mərkəzi, Xan sarayı və digər memarlıq nümunələri  yalnız qədim mədəniyyətimizin nişanəsi deyil, həm də Azərbaycan şəhərsalma və memarlıq sənətinin hər zaman öncül olduğunu göstərir. Xalqımızın görkəmli memarları, Əcəmi Naxçıvani kimi sənətkarlar yaratdıqları əsərlərlə dövrlərin sınağından çıxmış və müasir çağırışlara da cavab verən memarlıq irsi qoyublar.
Tarixi şəraitdən asılı olmayaraq yurdumuz işğala məruz qaldıqda belə işğalçılar memarlarımızın bilik və bacarıqlarını öz ölkələrində istifadə edərək orada yüksək mədəniyyət səviyyəsini əks etdirən şəhərlər inşa edirdilər. Bu da Azərbaycan xalqının sənətə və mədəni irsə verdiyi dərin hörmətin və milli yaradıcılıq ənənələrinin ən parlaq nümunəsidir.

Nəhayət, bütün bunlar fonunda 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunması tamamilə doğru və strateji qərardır. Bu il ölkəmiz üçün yalnız tarixi irsin qorunması deyil, eyni zamanda müasir memarlıq layihələrinin sürətlə inkişaf edəcəyi xüsusi bir dönəm olacaq. Əminliklə söyləmək olar ki, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri və digər unikal, könül oxşayan memarlıq nümunələri ilə yanaşı yeni tikililər də ölkəmizdə şəhərsalma və memarlıq sənətinə təravət, yeni nəfəs gətirəcək, milli mədəniyyətimizin və memarlığımızın qüdrətini bir daha təsdiqləyəcək. Bunda heç kimin şübhəsi olmasın.


Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri