Şəhid ailələləri üzvlərinin esseləri kitab halında nəşr edilib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Gənclər Fondunun maliyyə dəstəyi, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən “Hər xatirəsi Vətəndir” layihəsi uğurla başa çatıb.
Bu barədə APA-ya Ədıiyyə Nazirliyindən bildirilib.
Layihə çərçivəsində 44 şəhid ailəsi üzvü tərəfindən təqdim olunmuş esselər toplanaraq kitab halında nəşr edilib.
Bununla bağlı keçirilən tədbirdə Gənclər Fondunun, Ədliyyə Nazirliyinin və Dövlət İdarəçilik Akademiyasının nümayəndələri çıxış ediblər. Çıxışlarda şəhidlərin Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan bəhs olunub, onların xatirəsinin daim yaşayacağı və gənclər üçün nümunə olduğu vurğulanıb. Həmçinin bildirilib ki, bu cür layihələr vətənpərvərlik ruhunun gücləndirilməsinə və milli dəyərlərin təbliğinə xidmət edir.
Tədbirin sonunda şəhid ailə üzvlərinin qələmə aldığı esselərdən ibarət kitabın təqdimatı keçirilib, iştirakçıların hər biri sertifikat və müxtəlif hədiyyələrlə təltif olunub, birgə xatirə fotosu çəkdirilib.
Qeyd edilib ki, layihə Vətən Müharibəsi qəhrəmanı Anar Şükürovun oğlu Ümid Şükürlünün Gənclər Fondunun təşkil etdiyi qrant müsabiqəsində qalib gələn ideyası əsasında həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 08 Aprel 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















