Icma.az
close
up
RU
Xəzər rayonunda şəhid ailə üzvlərinin peşə yönümündə inkişafına dəstək FOTO

Xəzər rayonunda şəhid ailə üzvlərinin peşə yönümündə inkişafına dəstək FOTO

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Avqustun 30-da Xəzər Rayon İcra Hakimiyyəti, “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin iştirakı ilə “Sənətkarlığın sosial-iqtisadi inkişafında yaradıcı qadınların rolu” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, Təhsil Mərkəzində baş tutan tədbirdə Xəzər RİHB-nın müavini Lalə Əhmədova və RİH başçısı Aparatının əməkdaşları, “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova və təşkilatın idarə heyətinin üzvü Leyla Musayeva Xazari, Mərkəzin direktoru Pərviz Həmzəyev və şəhid ailələrinin üzvləri iştirak ediblər.

“Heydər Əliyev ili” çərçivəsində təşkil edilmiş tədbiri giriş sözü ilə açan Xəzər RİHB-nın müavini Lalə Əhmədova müasir Azərbaycanda qadın siyasətinin müəllifi və banisinin Ümummilli Lider Heydər Əliyev olduğunu, dövlətimiz tərəfindən ölkəmizdə qadınların, xüsusilə şəhid ailələrinin üzvləri olan qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını, eyni zamanda qadınlarla bağlı məsələlərin həlli üçün imzalanan mühüm fərman və sərəncamların qadın hüquqlarının təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olduğunu bildirib.

Tədbirdə “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri, eyni zamanda Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin rəhbəri olan Aytən Həsənova şəhid ailələrini əhatə edən layihənin məqsədindən ətraflı danışaraq, sənətkarlar tərəfindən xalq sənət növlərindən olan qurama sənəti, dulusçuluq, keramika haqqında ətraflı məlumatlar verib.

Daha sonra qadınlar və uşaqlar arasında xalq sənətkarlığına marağın yaradılması, onların istedad və bacarıqlarının üzə çıxarılaraq peşə yönümündə inkişafına dəstək göstərilməsi istiqamətində maarifləndirici söhbətlər aparılıb, İB-in üzvü olan sənətkarlar tərəfindən, eləcə də Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət    Peşə Təhsil Mərkəzində hazırlanmış məhsulların incəsənət sərgisi ilə tanış olunub. Şəhid övladları üçün  isə müxtəlif milli suvenirlərin hazırlanması qaydası üzrə ustad dərsləri təşkil olunub. Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Dekabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri