Icma.az
close
up
RU
Şəhid ailələri və əlillərin tibbi xərcləri ləğv edilə bilər? RƏSMİ

Şəhid ailələri və əlillərin tibbi xərcləri ləğv edilə bilər? RƏSMİ

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Məlumdur ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli 134 nömrəli Qərarına əsasən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiyası) müayinələri üçün ödəmə qaydası müəyyən edilib.

İcbari tibbi sığorta hesabına həyata keçirilən bu müayinələr zamanı vətəndaşlar ixtisaslı həkimin göndərişi əsasında ambulator şəraitdə göstərilən bu tibbi xidmətlər üzrə “Xidmətlər Zərfindəki” tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəyirlər.

Bu isə müəyyən kateqoriyalar üçün ciddi problem yaradır. Bu kateqoriyalardan biri də çağırış yaşlı gənclərdir. Xüsusilə bölgələrdən müayinə üçün Bakıya göndərilən gənclər yol xərci, eləcə də MRT və KT müayinələri üçün vəsait ödəməkdən şikayətlənirlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hazırda həmin ödənişin ləğv edilməsi məsələsini qaldırıb. Vəsatətə aidiyyəti üzrə baxılır.

Qeyd edək ki, İcbari Tibbi Sığortadan bu kateqoriyadan olanlarla bağlı məsələnin müzakirə olunduğu bildirilib.Bəs şəhid ailələri, qazilər, əlillərlə bağlı bu barədə müraciət nəzərdə tutulurmu?

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə iştirakçılarının sosial təminatı və məşğulluğu, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində işlər aparılır:

“İcbari tibbi sığorta məsələləri isə Nazirliyin səlahiyyətlərinə aid deyil”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Şəhid ailələri əlillər tibbi xərclər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri