Şəhid ailələri və müharibə əlillərinə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən xəbər verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər 2025-ci ildə davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib və növbədə dayanan bu kateqoriyaya aid şəxslərin avtomobillə təminatı başa çatdırılıb.
Bu mövzuda digər xəbərlər:Şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və ev
30 Dekabr 2024 15:40
Şəhid ailələri və müharibə əlillərinə daha 150 mənzil VERİLDİ
24 Dekabr 2024 11:56
Şəhid ailələri və müharibə əlillərinə mənzil, avtomobillər təqdim edilir
24 Dekabr 2024 11:20
Şəhid ailələri və müharibə əlillərinə mənzil veriləcək Vəsait AÇIQLANDI
20 Noyabr 2025 15:31
Neftçala, Saatlı və Salyanda şəhid ailələri və müharibə əlillərinə mənzil veriləcək
07 Yanvar 2025 11:47
Baxış sayı:103
Bu xəbər 02 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















