Icma.az
close
up
RU
Şəhid ailələri və qazilərlə görüş keçirilib

Şəhid ailələri və qazilərlə görüş keçirilib

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 13-də Qusar rayonunda səfərdə olan elm və təhsil nazirinin müavini Firudin Qurbanov rayonda yerləşən təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüşüb.

“Cebheinfo.az” xəbər verir ki, görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazir müavini Firudin Qurbanov çıxışında torpaqlarımızın işğaldan azad edilməsində təhsil işçilərinin rolunun danılmaz olduğunu vurğulayıb. Firudin Qurbanov Vətən müharibəsində 760 təhsil işçisinin düşmənə qarşı vuruşduğunu, onlardan 20 nəfərin şəhidlik zirvəsinə ucaldığını xatırladıb.

Nazir müavini bildirib ki, Vətən müharibəsi iştirakçıları, eləcə də müharibədə iştirak etmiş təhsil işçiləri hər zaman dövlətin, həmçinin Elm və Təhsil Nazirliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

Çıxışının sonunda görüş iştirakçılarının hər birinə uğurlar arzulayan Firudin Qurbanov Elm və Təhsil Nazirliyinin hər zaman onların təklif və müraciətlərini dinləməyə hazır olduğunu qeyd edib.

Görüşdə iştirak edən təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək fikirlərini bölüşüblər.

Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar şəhəri Tofiq İsmayılov аdına 6 nömrəli tam orta məktəbdə olub. 

Məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə söhbət aparıb, onların təkliflərini dinləyib. 

Təhsil müəssisəsinin fəaliyyət göstərdiyi müddət ərzində əldə edilən nailiyyətlər, tədris metodları barədə məlumat verən direktor Kəmalə Sadıxova qeyd edib ki, hazırda təhsil ocağında 1122 şagird təhsil alır və 84 nəfərdən ibarət pedaqoji heyət fəaliyyət göstərir.

Bildirilib ki, təhsil müəssisəsində yaradılmış icmaəsaslı məktəbəqədər təhsil qrupunda 24 uşaq təhsilə cəlb edilib. 

Məktəbin kitabxanasına da baxış keçirən nazir müavini Firudin Qurbanov kitabxananın şagirdlərin oxu tələblərinə uyğun olaraq yenidən təşkil edilməsi ilə bağlı göstəriş verib. 

Nigar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri