Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil verilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 8 oktyabr, AZƏRTAC
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil verilib.
AZƏRTAC xəbər verir ki, Mənzillər Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksindən təqdim edilib.
4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri olub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalara aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayıb.
O bildirib ki, möhtəşəm tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlətimizin başçısının göstərişi ilə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.
Qeyd edilib ki, postmüharibə dövründə həmin kateqoriyalardan olan vətəndaşlara 6 min 900, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim olunub.
Eyni zamanda, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, sosial dəstək proqramları, reabilitasiya xidmətləri ilə əhatə edilmələri, məşğulluqlarının təminatı və digər istiqamətlərdə aparılan işlərdən bəhs olunub.
Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə edildiklərinə, həmçinin bu gün yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 08 Oktyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















