Icma.az
close
up
RU
Şəhid anası: “Ən böyük arzusu kəşfiyyatçı olmaq idi”

Şəhid anası: “Ən böyük arzusu kəşfiyyatçı olmaq idi”

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün  44 günlük vətən müharibəsində şəhid olan Hassan Xalidin  anım günüdür.

O, Kəlbəcər istiqamətində 854 yüksəkliyinin azad edilməsi uğrunda gedən  döyüşlərdə şəhid olub. Xalid könüllü əsgər kimi cəbhəyə yollanmışdı.

Şəhidin anası  Maya Quliyeva  oğlu ilə bağlı xatirələrini Adalet.az-a danışıb.

Maya Quliyeva Xalidin çoxdan bu günü gözlədiyini söyləyib:

“İlk onu deyim ki, anam müharibə veteranıdır. Ağdam rayonu Saybalı kəndində yaranmış özünümüdafiə batalyonun dəstəsində döyüşmüş adamdır. O vaxt hər evdən bir kişi batalyona qoşulanda atam 1988-ci ildə rəhmətə getdiyi üçün anam atamın əvəzinə  bataıyona qoşuldu.
 Əvvəlcə anamı həmin batalyona qəbul etmədilər ki, qadınsan, olmaz. Anam da öz inadından dönməyib Ağdam istiqamətində Çuxurməhlədə “Ala Yaqub”un  dəstəsinə qoşulmuşdu. Sonra kəndimizin cammatı anamın inadını görüb, onu kəndimizdəki batalyona çağırdılar. Əlbəttə, kişilər onu ön cəbhəyə buraxmırdılar. Anam ancaq qadın işləri görürdü. Bəzən ön cəbhəyə əsgərlər üçün xörək aparırdı. Ancaq təsəllisi bu idi ki, vətənə  xidmət edir. Bu, Xalidin vətənpərvərliyinin genetik olmasının göstəricisidir. O, vətən sevgisini anamda, məndə çox görüb, hiss edirdi.
Hələ Tovuz döyüşlərindən sonra anamla  Xalid hərbi komissarlığa müraciət etmişdilər. General Polad Həşimov şəhid olandan sonra Xalid qəti qərarlı idi ki, könüllü cəbhəyə yollancaq”.

Şəhid anası  müharibə zamanı Ağdamdakı evlərinin “kiçik hərbi hissəyə” çevrilməyində Xalidin əsas rolu olduğunu söyləyib:

“N saylı hərbi hissə bizim evin yaxınlığında yerləşir. Hərbi hissənin yeri bəlli olduğu üçün düşmən o istiqaməti daha çox atəşə tuturdu. Mən Bakıda idim, sentyabrın 27-si  saat  07:30-da  Xalid zəng etdi ki, ana, çoxdan gözlədiyin hadisə vaş verib, Ağdama gəl.

Təsəvvür edin ki, Avtovağzal istiqamətində Ağdama gəlmək üçün taksi tapa bilmirdim. Hamı Ağdama gəldiyindən taksi və marşurtlarda məhdudiyyət yaranmışdı. Məcburən Bərdəyə gəlməli oldum. Yol boyu Xalidlə danışırdım. Ona dedim ki, Bərdəyə gəlirəm, məni qarşıla, gedək Ağdama. Dedi ki, ana, gələ bilməyəcəm. Çünki şəhidimiz gəlir. Onu Muğam Mərkəzinin qarşısına gətirib, burda yeni salınan Şəhidlər  Xiyabanında dəfn edəcəklər. Sən özün gəl.

İlk dəfə idi ki, Xalid mənə yox deyirdi. Bu isə şəhidin dəfn olunan günü idi.  Təsadüfdən şəhidin dəfnindən sonra məni Ağdamda “Çay evi”nin  yanında qarşıladı.

Evə qayıdanda evimizin arxasında hərbi maşınlar, təcili yardım maşınları  gördük. Bizim qəsəbə müharibə zamanı bir neçə dəfə atəşə məruz qalmışdı. Oktybarın 19-u anamla mən də yaralanmışdıq. Evimiz dağılmışdı.

Anam, mən, bir də Xalid 27 sentyabrdan etibarən əsgərlərə  hazır xörək, lazım olan əşyalar aparırdıq. Müharibə dönəmində evimiz “kiçik hərbi hissə”yə çevrildi.

Bizim qəsəbədən əlavə digər kəndlər də atəşə məruz qaldığı üçün  qadınlar, uşaqlar  Avtovağzalın həyətinə, kollecin binasına müvəqqəti sığınmışdılar. Xalid onlara da hər gün müəyyən qədər ərzaq aparırdı.  Həmin kəndlərdə yalnız kişilər qalmışdılar.

Hər dəfə hərbi  komissarlığa gedəndə deyirdi ki, məni döyüşə aparın.  Sonra Xalidə bildirildi ki, səfərbərlik dayandırılıb. Əgər ehtiyac olsa sizə zəng ediləcək.

Komissarlıq atəşə məruz qaldığı üçün yeri dəyişdirilmişdi. Mənə dedi ki, Maya, get, onlara denən ki, məni döyüşə aparsınlar. Bu cəhdi baş tutmadı, çünki səfərbərlik dayandırılmışdı. Məndən xəbərsiz yenə gedib deyib ki, siz məni aparmasanız, bizim evimizin arxasında hərbi maşınlar dayanır. Onların birinə minib döyüşə gedəcəm. Xalidin bu sözlərin  mənə deyəndə, dedim ki, o deyirsə, eləyəcək.

Oktyabrın 7-də zəng gəldi ki, sabah avtobuslarla könüllü əsgərlər üçün çıxış var. Hələ də fikrini dəyişməmisənsə, gəl. Səhəri günü Muğam Mərkəzinin qarşısına getdik, orda mənimlə sağollaşdı. Gedən kimi təlimlərə qoşulmuşdu”.

O, şəhidin ən böyük  arzusunun kəşfiyyatçı olmağını söyləyib:

“Hərbi xidmətdə olarkən kəşfiyyatçı olmağı arzulayırdı. Ancaq atası xarici ölkə vətəndaşı olduğu üçün  buna icazə verilmirdi.  Könüllü olaraq yazılıb müharibəyə getmək ona bir fürsət idi.  Bir kəşfiyyat rəisi var mən ona “ilangöz” deyirdim. Telefonla  danışanda dedi ki, ana, sənin “ilangöz”ünün yanındayam. Onda bildim ki, o, çoxdankı arzusunu reallaşdırmağa başlayıb. Onda anladım ki, hər şey ola bilər. Çünki  xüsusitəyinatli qüvvələrin yanında  xidmət etmək ən çətin vəzifədir. Əlbəttə, Xalid ora kömək məqsədi ilə götürülmüşdü. İllərlə təcrübə qazanmış əsgər və zabitlərin yanında idi.

Dostları danışır ki, heç bir tapşırıqdan geri qalmırdı. Hətta kimsə ona deyəndəki, sənin körpən var, ön sıralara keçmə, o bunu qəbul etmirdi.

Xalid deyirdi ki,mən burda bığ uzadıram, saç uzatmıram.

Axırıncı dəfə noyabrın 2-si danışdıq. Əlini sinəsinə vurub bayrağı, birdə “Qarabağ” futbol komandasının bayrağını götürmüşdü, onu göstərdi ki, narahat olmayın, ayın 9-u bunu Şuşaya sancıb gələcəm. Həmişə də deyirdi ki, Saybalıdan gələcəm. Mən Saybalının havasın alacam. Görüm o Maya (məni çox vaxt adımla çağırırdı) Saybalıdan ötrü niyə bu qədər özün öldürürdü.

Bəlkə də Saybalıda yaşamaq mənə qismət olmayacaq. Amma mən Xalidin ruhu şad olsun deyə kəndimizin abadlaşmasını istəyirəm. Onun üçün çalışıram.

Onun ruhu şad olsun deyə, kəndimiz üçün əlimdən nə gəlirsə edəcəm.

Ümumən, bütün şəhidlər bir- birlərinə bənzəyirlər. Evlərimizdə bir mələk var imiş, bizim bundan xəbərimiz olmayıb.

Biz qürbətdə yaşayanda mənim  Ağdam üçün, Azərbaycan üçün ürəyimin necə çırpındığını Xalid görürdü. Biz onunla ana- bala yox, iki dost idik, bacı- qardaş kimi idik.

Əlbəttə, şəhidlər ölmür. Onların ruhları  səmadan hər an bizi izləyir. Biz çalışmalıyıq ki, onların adına layiq olaq”.


Əntiqə Kərimzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri