Icma.az
close
up
RU
Şəhid anası unudulmur

Şəhid anası unudulmur

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yağı düşmənin ədalətsiz təcavüzünə dözməyib Birinci Qarabağ döyüşlərinə könüllü qatılan qeyrətli Vətən oğullardan biri də Masallının Lürən kəndində dünyaya göz açan Faiq Şükürov olub. O, az yaşasa da, layiqli bir övlad olaraq canından artıq sevdiyi doğma Azərbaycana son borcunu şərəflə verib. Torpaq, Vətən naminə şəhidlik zirvəsinə ucalmaqla əbədi olaraq qəlblərə köçüb.
Həyatı əsl qəhrəmanlıq məktəbi kimi tarixə yazılan Faiqin 80 yaşlı anası doğma Lürən kəndində yaşamaqla hamı üçün doğma və əzizdir. Faiq kimi qəhrəman oğul böyütdüyü üçün eldə onun müqəddəsliyinə tapınmağı böyük də, kiçik də özünə şərəf bilir.
Bu günlər də isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov müqəddəs ana adını şərəflə daşıyan Cahan Ağaxan qızını 80 illik yubileyi münasibətilə yaşadığı evdə ziyarət edib. Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynovun, başçının müavini Adəm Məhərrəmovun, aparatın sektor müdiri Qəşəm Hadıyevin, Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşların iştirak etdikləri ziyarət zamanı rayon rəhbəri yubileyi münasibətilə şəhid anasını təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və ailəsinə firavanlıq arzulayıb.
Səmimi söhbət zamanı qanında Vətən eşqi, ana mehri, el sevdası olan qeyrətli oğulların qəhrəmanlığından danışılıb, eləcə Cahan ananın qayğı və problemləri ilə maraqlanılıb, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Şəhid anası ona göstərilən diqqət və ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 İyul 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri