Icma.az
close
up
RU
Şəhid anası köməksiz deyil

Şəhid anası köməksiz deyil

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələri, onların əzizləri tək deyillər. Onların yanında güclü bir dövlət, sarsılmaz bir millət və daim onların qayğısını çiyinlərində daşıyan rəhbərlik var.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Vətən müharibəsi şəhidi Mahmud Fərman oğlu Əhmədovun ürək əməliyyatı keçirən anası Aybəniz xanımı yaşadığı evdə ziyarət edib.

Onları öz evində görən Aybəniz ana göz yaşlarını gizlədə bilmədi. Həm qürur vardı o göz yaşlarında, həm də minnətdarlıq. “Bu gün mən özümü tək hiss etmirəm. Övladımı itirmişəm, amma dövlətimi yanımda görürəm. Bu, mənim üçün böyük təsəllidir,”, deyə Aybəniz ana ürək dolusu danışdı.

Ziyarət zamanı ailənin səhhəti, yaşayış durumu və gündəlik ehtiyacları ilə yaxından maraqlanılıb. Şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrini daim diqqət mərkəzində saxlayır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli addımlar atılır.

Aybəniz ana da öz növbəsində göstərilən bu yüksək diqqət və qayğıya görə dövlət başçısına və onun xanımına dərin minnətdarlığını ifadə edib: “Mən təkcə şəhid Mahmudun anası deyiləm, bu xalqın anasıyam. Mənə sahib çıxan dövlətimə, Prezidentimə, Mehriban xanıma təşəkkür edirəm. Hər addımda hiss edirik ki, biz unudulmamışıq, biz sahibsiz deyilik”.

İnsan övlad itkisinin yarasını heç vaxt tam bağlaya bilməz. Amma dövlətin, xalqın və rəhbərliyin şəhid analarının yanında olması onların yaralarını bir qədər də olsa yüngülləşdirir. Bu gün Aybəniz ana bir daha gördü ki, onun ocağı sönməyib. O ocaq Mahmud kimi qəhrəmanların canı bahasına yanmaqda davam edir.

Seymur Orucov da öz çıxışında vurğulayıb ki, şəhid ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. O, belə ailələrin yalnız dövlətin deyil, bütöv cəmiyyətin əmanəti olduğunu qeyd edib.

Q.HAMLET,
XQ-nin bölgə müxbiri
Ağstafa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Sentyabr 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri