Icma.az
close
up
RU
Şəhid anası: Öğlum üçün Vətən, torpaq və bayraq eşqi hər şeydən üstün idi

Şəhid anası: Öğlum üçün Vətən, torpaq və bayraq eşqi hər şeydən üstün idi

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəmkir, 2 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Vətən müharibəsində illərdir işğal altında olan torpaqlarımızın azadlığını, xalqımızın şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan oğulları döyüş meydanında əllərindən gələnin ən yaxşısını edərək haqq mübarizəmizi uğurla başa vurdular. Ordumuzun böyük qələbəsilə Ermənistanın işğalçı siyasətinə son qoyuldu, tarixi ədalət bərpa edildi. Bunun üçün şəhidlik zirvəsinə yüksələnlərdən biri də Vüqar Rüstəmov oldu.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vüqar Kamil oğlu Rüstəmov 1994-cü il mayın 1-də Gədəbəy rayonunun Xarxar kəndində anadan olub. 2000–2011-ci illərdə Elşən Məmmədov adına Xarxar kənd tam orta məktəbində təhsil alıb. 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçərək Vətən qarşısında borcunu layiqincə yerinə yetirib.

Şəhidin anası Rəfiqə Rüstəmova deyir ki, Vüqar 2020-ci il sentyabrın 27-də 44 günlük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılıb. Hərbçi yoldaşları ilə birgə işğalçı düşmənə qarşı igidliklə mübarizə aparıb. Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Şəhid noyabrın 16-da doğulub, boya-başa çatdığı Gədəbəyin Xarxar kəndində dəfn edilib.

“Türkiyədə işləyirdi, müharibənin başladığını bilən kimi Vətənə döndü. Dedi ki, döyüşlərə qatılacaq. Deyirdi ki, “Üç bacımla yanaşı, bütün Azərbaycan qadınları mənim anam, bacımdır. İstəmərəm ki, Xocalı faciəsi yenidən yaşansın”. Əlbətdə ki, ürəyinin hansısa küncündə bizə yer olub, ancaq Vətən, torpaq, bayraq eşqi hər şeydən daha üstün idi. Belə zirvəyə yüksəlməsi mənim, bacılarının, qardaşının, oğlunun və həyat yoldaşının baş ucalığıdır”, - deyə şəhid anası bildirir.

Şəhid Vüqar Rüstəmovun İdris adında bir oğlu var. “Mən onunla fəxr edirəm. Onun bir övladın böyüdürəm. Qürurlu olsam da, onun üçün çox darıxıram. Noyabrın 7-si axşam zəng etdi və dedi ki, səni Allaha, İdrisi sənə əmanət edirəm. Vüqar ölümə gedəcək, şəhid olacaq qədər Vətənini çox sevirdi”, - deyə şəhidin həyat yoldaşı Tünzalə Səfərova söyləyir.

Vüqar Rüstəmov Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri