Icma.az
close
up
RU
Şəhid Maarif Səfərovun atası: Vətən sevgisini hər şeydən uca tutdu

Şəhid Maarif Səfərovun atası: Vətən sevgisini hər şeydən uca tutdu

Icma.az, Azertag saytına istinadən bildirir.

Cəlilabad, 23 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Düz beş il öncə o, Vətənə olan sevgisini hər şeydən uca utdu. Könüllü şəkildə döyüş meydanına atıldı və şəhidlik zirvəsinə ucaldı. Növbəti sujetimizdə döyüş yolunu şərəflə addımlamış şəhid Maarif Səfərovdan danışacağıq.

AZƏRTAC xəbər verir ki, Cəlilabad şəhərində dünyaya gələn bu gəncin həyatı qısa olsa da, onun qəhrəmanlığı bir ömür boyu yadda qalacaq. Maarif Səfərov 1997-ci ilin mayında Cəlilabadda doğulub. O, Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialında təhsil alırdı. İlahiyyatçı idi, amma Vətən sevgisi onun bütün düşüncələrinin mərkəzində dayanırdı. Atası Mikayıl Səfərov deyir ki, Maarif əsgərlik illərini “Murov” dağı ərazisindəki hərbi hissədə xidmət etmişdi. Komandiri general-mayor Polad Həşimov idi. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində baş verən təxribatlar zamanı Polad Həşimovun şəhid olması xəbəri onu çox sarsıtdı. Deyirdi ki, mən də onun yolunu davam etdirəcəyəm. Bu arzusu 2020-ci ilin sentyabrın 27-də gerçəkləşdi. Təhsilini yarımçıq qoyub cəbhəyə yollandı: “Mənim oğlum Vətəni bizim hamımızdan üstün tutdu. Vətən uğrunda da şəhid oldu”.

Maarif haqq savaşımızın 25-ci günü Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən ən mürəkkəb döyüşlərdə mərdlik göstərdi. 2020-ci il oktyabrın 21-də Qubadlı istiqamətində gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucaldı. Şəhidin anası Tamara Səfərova deyir: “Oğlum fürsət tapıb evlə əlaqə saxlayanda hər dəfə bizdən halallıq istəyərdi, artıq oğlumuzun məqamı bizə bəlli idi. Mənim oğlum ilahiyyatçı idi. Vətəni ürəkdən sevirdi. Elə ona görə də Vətəni seçdi. Şəhadətə ucaldı. Mənim qardaşım da 1994-cü ildə şəhid olmuşdu, o da könüllü idi. Oğlum mənə axırıncı dəfə zəng vuranda dedi, ana muştuluğumu ver, dedim nədir? Dedi, Füzulini aldıq, dayımın qisasını aldıq. Onda çox sevindim”.

Şəhidin qardaşı Mahir Səfərov: “Evdə də mehriban bir insan olub, yəni o, yaşasaydı da, şəhid məqamında idi. Allahın seçdiyi məqam var, şəhidlər seçilmişlərdir. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Şəhid analarına, atalarına və yaxınlarına səbir diləyirəm”.

Maarif Səfərov qısa, amma mənalı ömür sürdü. O, hər zaman 23 yaşında igidlik timsalı kimi yaddaşlarda qalacaq. Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Cəlilabad şəhərində yaşadığı küçə onun adına əbədiləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri