Icma.az
close
up
RU
Şəhid anası: Oğlumun qoxusu hələ də otağındadır...

Şəhid anası: Oğlumun qoxusu hələ də otağındadır...

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Biləsuvar, 19 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə canlarından keçən qəhrəman oğullarımızdan biri də şəhid Əzizli Elnur Şahin oğludur. O, Vətən torpaqlarının azadlığı uğrunda aparılan döyüş əməliyyatlarına qatılmış, igidliyi və fədakarlığı ilə seçilmişdir.

AZƏRTAC qəhrəman şəhidin həyatına qısa nəzər salır.

Elnur Əzizli 2000-ci il sentyabrın 25-də Biləsuvar şəhərində anadan olub. Uşaqlıq illərindən cəsarətli, təmkinli və mərd insan kimi tanınan Elnur hər zaman Vətəninə, xalqına və dövlətinə sədaqətli olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Elnur tərəddüd etmədən döyüşlərə qatılıb. O, ön xətdə, düşmənlə üz-üzə döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərib.

Elnurun anası Rübabə Əzizova içində deyir ki, oğlu uşaqlıqdan mehriban, səmimi və mərd uşaq olub. Elə buna görə də o, hər kəsin sevimlisinə çevrilib.

“Elnur mənim canım idi... Hər səhər evdən çıxanda məni qucaqlayardı, alnımdan öpüb “ana, səni çox sevirəm” deyərdi. Səsi qulağımdan getmir. Zəng edib deyirdi ki, narahat olmayın, müharibə bitən kimi qayıdacağam. O qayıtdı – amma başqa cür, bayrağa bürünmüş halda, qəhrəman kimi... Mənim digər oğlum da Vətən müharibəsi iştirakçısıdır. Onun 11 aylıq bir oğlu var və o balaca şəhid əmisinin adını daşıyır. Hər dəfə nəvəmə baxanda sanki Elnuru görürəm... Hər gecə onun otağında otururam, elə bilirəm ki, indicə içəri girəcək, gülümsəyəcək, “ana, mən gəldim” deyəcək... Oğlumun qoxusu hələ də otağındadır. Onun əşyalarına toxunmağa belə ürək etmirəm. Amma bir tərəfdən də fəxr edirəm – mən şəhid anasıyam. Mənim oğlum bu torpaq üçün canından keçib. O, təkcə mənim deyil, bütün Azərbaycanın oğludur. Allah bütün şəhid analarına səbir versin...”, - deyə şəhid anası əlavə edir.

Elnurun atası Şahin Əzizov da oğlunun qəhrəmanlığından qürur duyduğunu bildirir. Şəhid atası deyir ki, Elnur uşaqlıqdan mərd və çox məsuliyyətli olub.

“Mən hər zaman deyirdim ki, bu uşaqda xüsusi bir nur var. O, heç vaxt heç nədən qorxmazdı. Vətən sevgisi sanki onun qanında idi. Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. O, şəhid olanda sanki bədənimdən canım çıxdı. Amma sonra düşündüm – oğlum elə bir zirvəyə yüksəlib ki, artıq o ölməyib. O, bu torpağın hər daşında, havasında, suyunda yaşayır. Mən bu gün oğlumla fəxr edirəm, qürur duyuram”, - deyə şəhid atası bildirib.

Füzuli, Xocavənd və Şuşa istiqamətlərində aparılan döyüş əməliyyatlarında iştirak edən Elnur öz igidliyi, cəsarəti və əqidəsi ilə silahdaşlarının hörmətini qazanıb. O, ən çətin döyüşlərdə qorxmadan irəli atılaraq Vətən torpağının hər qarışı uğrunda mərdliklə vuruşub.

Şuşa uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Elnur Əzizli 2020-ci il noyabrın 12-də Biləsuvar şəhərində torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Əzizli Elnur Şahin oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri