Oğlumun şəklini sinəsinə vurub şəhid atasıyam deyirmiş Şəhidin anası DANIŞDI
Icma.az bildirir, Modern.az portalına istinadən.
Xəbər verdiyimi kimi, Naxçıvanda polis özünü şəhid atası kimi təqdim edərək silsilə dələduzluq əməlləri törədən 64 yaşlı Rizvan Qafarov saxlanılıb.
Modern.az-ın məlumatına görə, saxlanılan şəxs şəhid Nicat Məmmədlinin adından istifadə edirmiş və özünü onun atası kimi təqdim edirmiş.
Şəhidin anası Minayə xanım saytımıza açıqlamasında bildirib ki, təqsirləndirilən şəxs bir neçə dəfə dələduzluq əməli törəfib.
“Bu şəxs bir dəfə 17 min manat, bir dəfə də ən azı 4-5 min manat yığıb. Bu dəfə nə qədər yığdığını bilmirəm. O yalandan bildirir ki, 2 oğlu şəhid olub. Biri Mincivanda, digəri isə Şuşada. Halbuki mənim oğlum 21 yaşında şəhid olub. O gömrükdən də sinəsinə oğlumun şəklini vurub şəhid atasıyam deyib keçirmiş".
Qeyd edək ki, Nicat Məmmədli 1999-cu il iyulun 31-də Culfa şəhərində anadan olub. O, 2020-ci ilin oktyabrın 9-da Suqovuşan döyüşləri zamanı şəhid olub və Culfa şəhərində dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 May 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















