Icma.az
close
up
RU
Şəhid anası: Təsəllimiz odur ki, qanları yerdə qalmadı, torpaqlarımız azad olundu

Şəhid anası: Təsəllimiz odur ki, qanları yerdə qalmadı, torpaqlarımız azad olundu

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tərtər, 29 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Şahbazovun ən böyük istəyi torpaqlarımızın, o cümlədən baba yurdu olan Laçının işğaldan azad edilməsi idi. Məhz bu istək onu hərbiyə gətirdi. Xidmətini ön xətdə aparan cəsur hərbçi 2016-cı il Aprel döyüşlərində iştirak edib. 2020-ci il 44 günlük Vətən müharibəsində Talış kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhadətə yüksəlib.

AZƏRTAC-ın bölgə müxbiri Tərtər rayonunun Ələsgərli kəndində şəhidin valideynləri ilə görüşüb, onlarla qəhrəman Vətən oğlunun həyatı və şərəfli döyüş yolu haqqında söhbət edib.

Atası Mahir kişi deyir ki, Ruslan cəsarətli, mərd oğlan idi: “Yoldaşları da onun qorxmazlığından danışırlar. Azərbaycan Ordusunda 8 il idi ki, xidmət edirdi. 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişdi. 44 günlük Vətən müharibəsinin ilk günlərindən Talış-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib, şücaət göstərib. Düşmənin tankını və içərisində onlarla əsgər olan “Kamaz” markalı avtomobilini vurub. Yaralanmasına baxmayaraq, xəstəxanaya getməkdən imtina edib. Sentyabrın 29-da şəhid olub...”.

Anası Pərvanə xanım deyir ki, Ruslan haqqında danışmaq çox ağır olsa da qürurvericidir: “Ruslan məktəbdə yaxşı oxumasa da, təlim-tərbiyəsinə görə həmişə seçilib. Uşaqlıqdan zəhmətkeşliyi ilə seçilirdi, ataya, anaya, qohumlara çox yaxşı idi. Hərbiyə marağı var idi. Əsgərlikdən gələndən sonra bir müddət Bakı şəhərində işlədi, sonra hərbiyə getdi. Ruslan həmişə baba yurdu Laçın rayonunun Mayis kəndinə getməyi arzulayırdı. Lakin o torpağı görmək qisməti olmadı. Amma şəkli kəndə vuruldu. Biz də gedib ziyarət etdik. Ora getmək mənim üçün çox ağır, çətin oldu. Çünki dağların, dərələrin hər yerində şəhid naləsi, şəhid qanı, şəhid nəfəsi, bir ananın fəryadı var idi... Ruslan payızda toy etmək istəyirdi. Deyirəm, kaş bir övladı, xatirəsi olaydı... Oğul Vətən üçün, namus-qeyrət üçündür. Amma övlad acısı ata-ana üçün çox ağırdır. Təsəllimiz odur ki, şəhidlərin qanları yerdə qalmadı, torpaqlarımız azad olundu. Ruslan kimi oğulun anası olmaq fəxrdir”.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Şahbazov Prezident İlham Əliyevin Sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsi uğrunda”, "Hərbi xidmətə görə" medalları ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri