Icma.az
close
up
RU
Şəhid anası: Yusifə çağırış gələndə sevincinin həddi hüdudu yox idi

Şəhid anası: Yusifə çağırış gələndə sevincinin həddi hüdudu yox idi

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şirvan, 15 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi hər zaman uca tutulur. Yusif Cəfərov da canını Vətən uğrunda fəda edərək əbədiyyata qovuşdu. O, həm də qəhrəmanlığı ilə gələcək nəsillərə örnək oldu.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəfərov Yusif Mübariz oğlu 1996-cı il aprelin 25-də Şirvan şəhərində dünyaya gəlib. Şirvan şəhər 2 nömrəli tam orta məktəbi bitirdikdən sonra, Mingəçevir Dövlət Universitetinin məzunu olub. Daha sonra müddətli həqiqi hərbi xidmətə yollanıb.

Övladı haqqında qürurla danışan anası Gülbəniz Əliyeva deyir ki, Yusif hələ uşaq yaşlarından hərbiyə meyilli idi. "Yusif həmyaşıdları arasında da fərqlənirdi. Çox ağıllı və istedadlı idi. Hər övlad öz valideyni üçün əzizdir, lakin Yusif hər kəs üçün əziz sayılırdı, hər kəs tərəfindən sevilirdi", - deyə şəhid anası söyləyir.

Ali məktəbi bitirən Yusif həqiqi hərbi xidmətə yollanıb. O, Vətəninə, üçrəngli bayrağına çox bağlı idi. "Hərbi xidmətdən qayıdandan sonra orduda xidmət etmək üçün can atırdı. Mübaribə başlayan zaman Yusifə çağırış gələndə sevincinin həddi-hüdudu yox idi. Sentyabrın 30-da cəbhəyə yollandı. Döyüş yolu Füzulidən başladı. Tez-tez əlaqə saxlayardıq, torpaqlarımızın azad edilməsi haqqında sevinclə danışardı”, - deyə anası bildirib.

Yusif Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində döyüşüb, şücaəti ilə seçilib. Döyüşlərin birində şəhidlik zirvəsinə ucalan Yusif Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhid anası deyir ki, Yusif arzuları haqqında danışmazdı. “Onun şəhadətindən sonra tələbə yoldaşları gəlmişdi, onlarla söhbət zaman məlum oldu ki, Yusif Vətən uğrunda şəhid olmağı arzu edirmiş və arzusuna da çatdı. Övlad itkisi ana üçün ağırdı, amma hər bir şəhid anası kimi mən də oğlumla qürur duyuram", - deyə Gülbəniz ana bildirib.

Qeyd edək ki, Yusif döyüşlərdə göstərdiyi şücaətə görə, Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see192

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see174

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see161

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see127

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see121

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri