Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səbinə Yusifə: zamana qalib gəlmiş adam…

Səbinə Yusifə: zamana qalib gəlmiş adam…

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Hər papaq qoyana kişi desəm mən,

Kişilər inciyər səxavətimdən.

Elə qadınlar da böyüdüb vətən,

Günahdır onlara kişi deməsəm.

Mərhum Mirvarid Dilbazinin şeirindəki bu misralar beyin işlədikcə çox dərin mətləblərə aparıb çıxarır. Ancaq son iki misraya diqqət çəkmək istərdim:

-Elə qadınlar da böyüdüb vətən,

Günahdır onlara kişi deməsəm.

Sözsüz, buradakı “kişi” kəlməsi bizim anladığımız, bildiyimiz bioloji “kişi”ni deyil, məhz türk qardaşlarımızın işlətdiyi “kişi” sözünün semantik duyumunu əks etdirir. Yəni dogma, ana dilimizdəki: ADAM kimi ADAM deməkdir. Bu gün doğum gününü kutlayan əzizimiz Səbinə Yusif də məhz vətənin böyüdüb, kişi, adam kimi adam deyəcəyimiz səviyyə və intonasiyaya çatdırdığı şəxsiyyətdir.  Səbinə Yusifdən yazanda, danışanda onun hansı xarakterindən söz açasan bilmirsən. Bilmirsən yüksək insani, əxlaqi keyfiyyətindən bəhs edəsən, bilmirsən vətənə olan eşqindən, şəhidlərimizə, qazilərimizə olan sonsuz rəğbətindən danışasan, bilmirsən yardımsevərliyini yada salasan, bilmirsən naxoş qazaxlıların halına içdən acımasından yazasan, bilmirsən şəhidin ailəsinə baş çəkməyini dilə gətirəsən, bilmirsən poeziyaya qəlbən vurğunluğunu qeyd edəsən, bilmirsən kövrəkliyi, nəcibliyi və təssübkeşliyini qələmə alasan, bilmirsən Qazağa olan duru şövqünü işıqlandırasan, bilmirsən körpələrə olan həlim münasibətindən ağız dolusu danışasan, bilmirsən övlad sevgisi və tərbiyəsinə vurğu edəsən, bilmirsən Qazax XİB-dəki yorulmaz fəaliyyətini gözlər önünə sərəsən, bilmirsən esse, hekayə və şeirlərini xatırlayasan, bilmirsən…, bilmirsən,…, bilmirsən…  . Bir ömrə bu qədər uğuru, keyfiyyəti yerləşdirmək asan deyil, əlbəttə. Bütün bunları yalnız insani keyfiyyəti nəfsinin fövqündə dayanan xarakterli adamlar, əzmkar ziyalılar ortaya qoya bilər.

Haşiyə: Ara-sıra qardaş, bacı zəngləşib söhbətləşirik. Hər halda şeir, poeziya adamlarıyıq, poetik ruhlarımız  bir ovqatda culğalaşır. Allah şəhidlərimizə rəhmət eləsin! Çox hallarda şəhid ailələri ilə keçirdiyi görüşlərdə şəhidimizin xanımı və ya övladlarının arzu, istək və söyləntilərini yada salıb, hönkürür, ardınca qürurlanır, daha sonra görür ki, ovqatımız təlx oldu, söhbəti müsbət notlara kökləyir. Kür kimi adamdı, lal axmağı da var, bəndi vurub-aşmağı da. “El qızı” statusunu qazanmaq asan iş deyil. Səbinə Yusif məhz bu komponentləri ilə El qızı, elin qızı statusuna layiq görülüb. 

Foto Daş Salahlıda Şəhid Fidat Məmmədovun xatirəsinə həsr etdiyimiz güləş turnirində lentə alınıb

Xatırlatma: Təxminən 2018-ci il idi Qazax XİB-nin hansısa tədbiri və ya kimiləsə görüş olmalı idi. Nəyin şahidi oldum? Səbinə Yusif kiçik övladını uşaq yüyürüyündə tədbirə gətirmişdi və o tədbirin təşkilati işləri ilə məşğul idi və tədbiri də təpədən dırnağa özü apardı. Bütün bunlar elə, obaya vurğunluğun, işinə sədaqətin bariz təcallasıdır. Məni az da olsa, tanıyanlar bilir ki, 15 illik jurnalistik fəaliyyətimdə çox tünd yazılar yazmışam, bundan belə də sağlam cəmiyyətin qurulması naminə yazacağam. Şübhəsiz ki, əlahəzrət fakta söykənən, sağlam tənqiddən söhbət gedir. Bu sözləri cümləyə düzməyimdə məqsəd odur ki, fikirlərim yanlış anlaşılmasın, merkantil maraqlar həyat kredoma tamamilə yaddır. Sadəcə dəyişməyən bir həqiqət var. Cabir Novruzun söylədiyi kimi: Sağlığında qiymət verin insanlara. Xoş sözü, isti münasibəti insanlara sağlığında deyib, göstərib, dəyərləndirmək lazımdır. Səbinə xanım, əziz insan təbrik edirəm. Neçə yaşın olur bilmirəm, bir onu bilirəm ki, həyatla, ömürlə yarışda həmişə öndəsən, ömür, həyat, zaman səni üstələyə bilmir. Zamana qalib gəlmiş adamsan. O mənada ki, zaman səni heç zaman unutdura bilməyəcək. Buna sənin qarışqa fəaliyyəyin imkan verməyəcək. Çöhrəndən təbəssüm əskik olmasın, zülfün daim parlaq olsun! Təravətli ömür-gün arzu edirəm! Çox yaşa, xoşbəxt ömür sür!

P.S. Həmişə hamımız barədə sən yazırsan bu dəfə isə növbə bizdədir.

Hörmətlə Ayyət ƏHMƏD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Avqust 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri