Icma.az
close
up
RU
Şəhid anası: Zəng vurdu ki, ana halallıq ver...

Şəhid anası: Zəng vurdu ki, ana halallıq ver...

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad, 29 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Vətənimizin azadlığı uğrunda canını fəda edən igidlər sırasında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Həbibi Fizuli Nizami oğlu da var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, o, müharibənin ilk günlərindən – 2020-ci il sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanıb. Düşmən təxribatının qarşısının alınması üçün aparılan döyüşlər zamanı torpağımızın hər qarışı uğrunda mərdliklə vuruşub.

Qısa müddətdə göstərdiyi şücaət və igidliklə seçilən qəhrəman döyüşçü Cəbrayıl, Qubadlı, Fizuli rayonlarının və Suqovuşanın azad edilməsində iştirak edib. O, həm silahdaşlarına ruh verib, həm də döyüş meydanında əsl qəhrəmanlıq nümunəsi göstərmişdir.

Şəhid Fizuli Həbibinin anası Azadə Həbibova oğlunu xatırlayarkən göz yaşlarını saxlaya bilmir:

“Fizuli uşaqlıqdan fərqli idi. Hər zaman deyirdi ki, ana, mən elə övlad olacağam ki, sizin başınızı uca edəcəyəm. O, sözündə də durdu... Könüllü olaraq, bizdən xəbərsiz cəbhəyə getdi. Zəng vurdu ki, ana, halallıq ver... Mən çox qorxurdum. Dedi ki, ana, narahat olma, hər şey yaxşı olacaq. Elə həmin gündən ürəyimdəki nigarançılıq heç dayanmadı... Oğlumun arzuları da yarımçıq qaldı. Qız almışdıq, nişanlanmışdı. Toyunu etməyi planlaşdırırdıq. Sevinclə o günü gözləyirdik... Amma qismət olmadı. Fizuli toy masasına oturmadı, döyüş meydanına getdi. İndi isə həmin bəy otağı muzeyə çevrilib. Hər küncündə oğlumun xatirəsi, hər əşyasında onun nəfəsi yaşayır. İllər keçir, amma Fizulinin yoxluğu ilə hələ də barışa bilmirəm. Oğlum şəhidlik zirvəsinə ucaldı, amma mənim gözlərim hər gün yol çəkir. Elə bilirəm ki, nə vaxtsa qayıdacaq”.

Döyüş yoldaşları və onu tanıyan yaxın dostları bildirirlər ki, Fizuli yalnız döyüş meydanında qorxmaz və mərd bir döyüşçü deyil, eyni zamanda onu tanıyan hər kəsin qəlbində əsl qəhrəman kimi daim yaşayacaq.

Qeyd edək ki, Fizuli Nizami oğlu Həbibi Qubadlı ətrafında gedən ağır döyüşlərdə son damla qanına qədər vuruşaraq, qəhrəmancasına şəhid olub. Noyabrın 6-da isə doğulub boya-başa çatdığı Cəlilabad rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri