Icma.az
close
up
RU
Şəhid atası torpağının əlindən alındığını deyir

Şəhid atası torpağının əlindən alındığını deyir

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“1998-ci ildə Yevlaxın Nemətabad kəndində bizə 3,69 hektar pay torpağı verilib. İllərdir istifadə etdiyimiz torpağı qanunsuz olaraq əlimizdən alırlar. Halbuki bütün sənədləri qaydasındadır. Məhkəmələrdə qalmışam, haqlı ola-ola haqsız vəziyyətə düşmüşəm...”

Bu şikayətlə “Qafqazinfo”ya Nemətabad kənd sakini, şəhid atası Mehti Adıgözəlov müraciət edib. 

Onun sözlərinə görə, qardaşı Aydın Adıgözəlovun adına olan torpağı etibarnamə ilə alıb və istifadə edib. Lakin 2015-ci ildən bəri torpağa yaxın düşə bilmir: “Həmin yerin yaxınlığından Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri keçdiyinə görə iki dəfə qanuni kompensasiya almışıq. İllərdir o torpağı əkib-becərib çörək qazanmışıq. Dövlət aktımız var, kompensasiyaların sənədi var, yerimiz xüsusi mülkiyyətdir, heç zaman satmamışıq, icarəyə verməmişik. Amma 2015-ci ildən torpağım qonşu Yaldili kənd sakini, məcburi köçkün statusunda olan Abdullayev Fazil Zülfüqar oğlu tərəfindən zəbt olunub. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən çıxarışım ləğv olunaraq bu şəxsə verilib. 

Mən özüm I Qarabağ müharibəsi veteranıyam. Oğlum Faiq Adıgözəlov Vətən müharibəsində şəhid olub. Bir oğlum da 2023-cü ildə Antiterror tədbirlərində şərəflə iştirak edib, hərbi travma alıb. Amma illərdir ki, şəhid atasının haqqı tapdalanır, öz haqqımı geri ala bilmirəm. Şəhid atası kimi mənə təyin olunan təqaüdü məktublara, yollara xərcləyirəm...”

Şikayətçi iki ilə yaxındır ki, məhkəmə prosesinin yubandığını deyir: “Şəki İnzibati Məhkəməsində işə ədalətlə, qanunla baxıldı və mənim xeyrinə qərar verildi. Qarşı tərəf Şəki Apellyasiya Məhkəməsinə müraciət etdi. Artıq bir il yarımdır ki, iş Apellyasiya Məhkəməsindədir. Çox böyük süründürməçiliklə üzləşirik, iş uzandıqca uzanır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri rəy təqdim etməlidir. Məhkəmənin qoyduğu 30 gün müddətin ötməsinə baxmayaraq, hələ də rəy məhkəməyə təqdim edilmir. Və mənim də ekpertizada iştirakım təmin edilməyib. Hansı ki, məhkəmə qərarına görə tərəflər ekspertizada iştirak etməlidir”. 

Süründürməçilik iddialarına aydınlıq gətirmək üçün Ədliyyə Nazirliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, nazirliyin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən müvafiq rəy təqdim edilib. 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən isə sorğumuza belə cavab aldıq: “Adıgözəlov Aydın Urmu oğlunun (şikayətçi Mehti Adıgözəlovun qardaşı) Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 3.69 ha torpaq sahəsi Abdullayev Fazil Zülfüqar oğluna məxsus torpaq sahəsinin yerləşmə vəziyyəti ilə üst-üstə düşür. Yevlax rayonu, Yaldili kəndində yaşayan, Kəlbəcər rayon sakini Abdullayev Fazilə rayonun Yaldili bələdiyyəsi tərəfindən icarəyə verilmiş 3 ha torpaq sahəsi Yevlaxın Nemətabad kəndi ərazisində JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə Adıgözəlov Aydının mülkiyyətinə verilmiş 3,69 ha torpaq sahəsi daxilində yerləşir.

Adıgözəlov Aydın Abdullayev Fazilə məxsus 901013002135 və 901013002136 reyestr nömrəli çıxarışların “Torpaqların Elektron Kadastr Uçotu” informasiya sistemi məlumat bazasında ona məxsus Dövlət Aktının yerləşmə vəziyyəti ilə üst-üstə düşən hissənin ləğv edilməsi və Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 3,69 ha torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı Şəki İnzibati Məhkəməsində iddia qaldırıb. 2023-cü il sentyabrın 6-da Şəki İnzibati Məhkəməsi Fazil Abdullayevin mülkiyyətində olan 5.39 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinin müəyyən edilməsi və iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinin yoxlanılması zamanı JN-335, JN-336 və JN-337 nömrəli Dövlət Aktlarının elektron baza məlumatlarına istinad edib. Məhkəmə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin müvafiq ərazi idarəsinin elektron xəritə baza məlumatlarına baxış keçirməklə işdə mövcud olan torpaq sahələrinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş yerquruluşu sənədlərini müqayisəli təhlil edib. Şəki İnzibati Məhkəməsinin 2023-cü il oktyabrın 24-də çıxardığı qərarı ilə iddia tələbi təmin olunub. Şəki İnzibati Məhkəməsinin yuxarıda qeyd edilən qərarından iş üzrə üçüncü şəxs olan və inzibati işə zəruri cəlb edilən Abdullayev Fazil tərəfindən apellyasiya şikayəti verilib. Hazırda həmin inzibati iş Şəki Apellyasiya Məhkəməsinin icraatındadır”.  

Xidmətdən, həmçinin bildirilib ki, Şəki Apellyasiya Məhkəməsinin məktubuna əsasən, hazırlanmış mütəxəssis rəyi və sxemlər ötən il noyabrın 25-də məktubla məhkəməyə göndərilib. Yekun məhkəmə aktı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in Yevlax Ərazi İdarəsinə daxil olduqdan sonra məsələyə  qanunamüvafiq qaydada baxılacaq.

Əmlak Məsələləri Dövlət Xidmətindən qeyd olunub ki, rayonun Yaldili və Nemətabad bələdiyyəsi həmin ərazidə həmsərhəddir. Həmin bələdiyyələrin xəritə materialları və torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi ilə “Torpaqların Elektron Kadastr Uçotu” informasiya sistemində olan sözügedən bələdiyyələrin xəritə materialları eynilik təşkil edir. 

Qeyd edək ki, Faiq Adıgözəlov 2020-ci il oktyabrın 10-da qəhrəmancasına şəhid olub. Prezident Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Gülnar Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Aprel 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see232

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see231

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see229

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see229

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see226

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see224

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see218

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see205

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see203

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see201

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see195

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see189

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see189

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see188

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see187

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see185

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see184

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see182

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see179

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri