Şəhid atası qəzaya düşdü
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bəydili kəndində qeydə alınıb.
Belə ki, Əfsun Əhmədlinin idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən çaya düşüb.
Qəza nəticəsində sürücü və sərnişin Qəhrəman Bağırov suda boğulmaq təhlükəsi ilə üzləşib. Onlar yaxınlıqda olan kənd sakinlərinin köməkliyi ilə sudan çıxarılıblar. Ə.Əhmədli və Q.Bağırov müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, Q. Bağırov Vətən müharibəsi şəhidi Hikmət Bağırlının atasıdır.
Faktla bağlı araşdırma aparılır.

Şəhid Rüfət Mayılovun qardaşı qəzaya düşdü
23 Yanvar 2025 08:48
Dakəsəndə şəhid atası meşədə itkin düşdü
05 May 2025 09:32
Şəhid ailəsi qəzaya düşdü: Beş nəfər yaralandı
14 İyul 2025 03:39
Şəhid atası vəfat etdi
21 Noyabr 2024 17:08
Şəhid atası dünyasını dəyişdi
27 Noyabr 2024 23:00

