Icma.az
close
up
RU
Şəhid Baş leytenantın döyüş yolunu əks etdirən sənədli filmin təqdimatı KEÇİRİLƏCƏK

Şəhid Baş leytenantın döyüş yolunu əks etdirən sənədli filmin təqdimatı KEÇİRİLƏCƏK

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü, bəstəkar - yazar Fərahim Sadiqin ideya müəllifliyi və təşəbbüsü ilə “Öncə Vətən deyənlər” yaradıcı qrupun iştirakı, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin və Azərbaycan Maliyə-İqtisad Kollecinin təşkilati dəstəyi,   “HAYAT Media”  şirkətlərinin texniki dəstəyi ilə Vətən müharibəsi şəhidi, baş leytenant Mübariz Rza oğlu Xankişiyevin şərəfli döyüş yoluna həsr olunmuş "VƏTƏN FƏDAİSİ" adlı sənədli filmin təqdimatı olacaq. 

Təqdimat mərasimi 25 iyun 2025-ci il tarixində saat 17:00-da Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən Nizami Kino Mərkəzində baş tutacaq. Tədbir 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.

Təqdimat gecəsində şəhid Mübariz Xankişiyevin keçdiyi şərəfli döyüş yolu ilə yanaşı, onun timsalında Vətən uğrunda canından keçmiş igidlərin əziz xatirəsi anılacaq. Eyni zamanda, AVMViB - nin Veteranları arasında şəhidimizin əziz xatirəsinə həsr olunmuş şahmat turniri  qaliblərinin mükafatlandırılması və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi" kollektivinin iştirakı ilə vətənpərvər mahnılardan ibarət mini konsert proqramının təqdim olunması da nəzərdə tutulur.

"Vətən Fədaisi" sənədli film yalnız bir qəhrəmanın xatirəsini yaşatmaqla kifayətlənmir, həm də gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsinə, tariximizin və şəhidlərimizin örnək həyatlarının gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Dövlət qurumları, media nümayəndələri və vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla geniş auditoriyanın iştirakı ilə keçiriləcək təqdimat mərasiminə bütün ictimaiyyət nümayəndələri dəvət olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 İyun 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri