Icma.az
close
up
RU
Şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib

Şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər ömür bir nəğmədir, dünyaya “salam” verəndən ona “əlvida” deyənə qədər bu nəğmə yazılır. Kiminin nəğməsinin ömrü qısa, kimininki uzun olur. Elə nəğmə də olur ki, o, həmişə səslənir, əbədiyyət ömrü qazanır. 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalına layiq görülmüş Məhərrəm İbrahimov bu dünyaya cəmi 39 il qonaq olsa da, onun ömür nəğməsi əbədi olaraq eşidiləcək...

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər iyulun 17-də Mətbuat Şurasında şəhid-jurnalist Məhərrəm İbrahimova həsr olunan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimat mərasimində səslənib.

Mərasimdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar - Vüqar Rəhimzadə, Rizvan Nəbiyev, Azər Allahverənov, Pərvin Kərimzadə, Nigar Məmmədova uzun müddət cəbhə bölgəsinə ezamiyyətlərə gedən, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, 44 günlük müharibə zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi fəaliyyətindən bəhs edib, bu sahədə onun göstərdiyi fədakarlıqdan danışıblar. Diqqətə çatdırılıb ki, kitabda Vətən müharibəsində qazanılan Zəfərdən sonra Ermənistanın müharibə cinayətləri, mülki əhalini hədəfə alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərinin dəhşətli mənzərəsi barədə mərhum jurnalistin birbaşa hadisə yerindən hazırladığı materiallar, informasiyalar da yer alıb və bunlar çox dolğun təsir bağışlayır.

Qeyd olunub ki, Məhərrəmin ömür nəğməsinin ilk notları Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndində yazılmağa başlayıb. Tale elə gətirib ki, o, ilk dəfə addım atdığı, ayaq tutub yeridiyi, uşaqlıq illərini keçirdiyi doğma ata ocağına həsrət qalıb. Erməni quldur birləşmələrinin əsassız torpaq iddiası minlərlə soydaşımız kimi onların da ailəsinin həmin ərazilərdən qovulub çıxarılması ilə nəticələnib. Bu nisgil bütün ömrü boyu Məhərrəmin ürəyində göynərtili iz qoyub. Onun ömür nəğməsi Bakıda davam edib: ailəsi ilə birlikdə Binəqədi rayonunda məskunlaşıb. Lakin Vətən həsrəti, doğulub ilk dəfə qədəm basdığı ata yurdunun həsrəti heç vaxt onu tərk etməyib. M. Ə. Rəsulzadə qəsəbəsində 100 nömrəli orta məktəbi, sonralar Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edib.

Bu nəğmənin nəqarəti AZƏRTAC Dövlət İnformasiya Agentliyində davam edib. 22 yaşında burada işə başlayan Məhərrəmin ömrünün 17 ili həmin təşkilatla bağlı olub. Ömür nəğməsinin son notları isə 2021-ci il iyunun 4-də çalınıb: həmin gün xidməti vəzifəsini yerinə yetirərkən çəkiliş qrupunun üzvləri ilə birlikdə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda tankəleyhinə minaya düşüb. Dörd il əvvəl baş verən bu faciə hərbi jurnalist Məhərrəm İbrahimovun həyat və cəbhə hekayələri kitabının başlıca mövzusudur.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, "Real TV"nin rəhbəri Mirşahin Ağayev, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Əməkdar jurnalist Elşad Eyvazlı, AZƏRTAC-ın əməkdaşı Süleyman Qaradağlı erməni qəddarlığının və mina terrorunun geniş ictimaiyyətə çatdırılması, hərbi jurnalistika üzrə ixtisaslaşan tələbə və gənclərin formalaşması sahəsində kitabın oynayacağı müsbət roldan bəhs ediblər.

Məhərrəmin həmyerliləri adından çıxış edən professorlar Məcid Məsimov, Məhəmməd Kərimov və başqaları jurnalist ömrünün əbədiyyət nəğməsinin ayrı-ayrı çalarlarını yada salıblar.

Mərasimin yekununda çıxış edən kitabın müəllifi, şəhid-jurnalistin qardaşı Əsgər İbrahimov iştirakçılara təşəkkür edib və minnətdarlığını çatdırıb.

Qeyd edək ki, “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının rəyçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynovdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyul 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri