Şəhid İkraməddin Arazovun xatirəsi yad edildi FOTO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Qusar rayonunun Urva kəndində İkinci Qarabağ müharibəsi şəhidi Arazov İkraməddin Qüdrət oğlunun anım mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhidin məzarı ziyarət edilib, xatirəsi yad olunub.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhidin ailəsi ilə əlaqə saxlayaraq, başsağlığı diləyib və ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, İkraməddin Qüdrət oğlu Arazov 2001-ci ilin sentyabrın 7-də Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş İkraməddin Arazov 44 günlük Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşmış, oktyabrın 2-də Kəlbəcər istiqamətində, Murovdağ döyüşləri zamanı şəhid olmuşdur. 2021-ci il yanvarın 15-də Urva kəndində dəfn olunub..
Şəhid ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 15 Yanvar 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















