Qusarda şəhid Şixmir Ağamirovun xatirəsi yad edildi FOTO
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Noyabrın 9-da Qusar şəhərində II Qarabağ müharibəsi şəhidi Şixmir Qabil oğlu Ağamirovun şəhadətə ucalmasının 5-ci ildönümündə şəhidin məzarı ziyarət edilib, xatirəsi anılıb.
Bizim.Media xəbər verir ki, şəhid Ağamirov Şixmir Qabil oğlu 5 aprel 1990-cı ildə Qusar şəhərində anadan olub.
Azərbaycan Ordusunun baş giziri olmuş Şixmir Ağamirov 44 günlük Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
8 noyabr 2020-ci ildə Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhid ölümündən sonra "Vətən uğrunda", "Döyüşlərdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 09 Noyabr 2025 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















