Icma.az
close
up
RU
Şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş tədbir keçirildi FOTOLAR

Şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş tədbir keçirildi FOTOLAR

Icma.az, Manset saytına istinadən bildirir.

Noyabrın 26-da Bakı şəhəri 49 №-li "İntellekt” məktəb-liseydə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş tədbir keçirilib.

Manset.az xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri də iştirak edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Sonra şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirin əhəmiyyəti haqqında məlumat verildikdən sonra bədii hissəyə yer verilib. 1ç sinif şagirdləri vətənpərvərlik mövzusunda mahnılar və şeirlər səsləndirib. Məktəbin direktoru Elza Bağırzadə çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqdan, eləcə də şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışıb. 

Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Həsənova öz çıxışında məktəbin məzunu olmuş şagirdlərinin də şəhid olduğunu vurğulayaraq, onlarla fəxr etdiyini və daim qürür duyduğunu bildirmişdir. 1ç sinif rəhbəri Ceyran İsgəndərova şəhid mayor Vüsal Vəliyevin anası Mədinə xanıma  başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün  minnətdarlığını  bildirmişdir. Qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsində onun da iki oğlu döyüşmüşdür. Məktəbin müəllimi Günay Abdullayeva şəhidlərimizin xatirələrinin bundan sonra da əziz tutulacağı bildirmişdir. Məktəbin psixoloqu Aysel Məmmədova bu cür tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını qeyd etmişdir.

Daha sonra məktəbin 1ç sinifi şəhid mayor Vüsal Vəliyevin adına verilmişdir. Mədinə xanım oğlu şəhid mayor Vüsal Vəliyevin uşaqlığı və döyüş yolu haqqında danışaraq məktəbin rəhbərliyinə və müəllimlərinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir. Tədbirdən sonra şəhid mayor Vüsal Vəliyevin ailə üzvləri, məktəb rəhbərliyi, müəllimlər və 1ç sinif şagirdləri məktəbin Şəhidlər güşəsini ziyarət etmiş, xatirə şəkilləri çəkdirmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 27 Noyabr 2024 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri