Icma.az
close
up
RU
Şəhid övladları Şəkidə toplaşdılar FOTOLAR

Şəhid övladları Şəkidə toplaşdılar FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhid övladları və ailə üzvləri üçün Şəki şəhərində keçirilən Payız düşərgəsi başa çatıb.

Modern.az xəbər verir ki, 8-11 noyabr 2024-cü il tarixlərində keçirilən Payız düşərgəsində ölkənin müxtəlif şəhər və rayonları, o cümlədən Gəncə, Şəmkir, Lənkəran, Astara, Masallı, Yardımlı və Şəkinin özündən 51 məktəbli və onların valideynləri iştirak edib. Dörd gün ərzində Azərbaycanın ən gözəl və qədim şəhərlərindən birində təşkil olunan düşərgə çərçivəsində keçirilən tədbirlərə ümumilikdə 70 şəhid ailə üzvü qatılıb.

Düşərgə zamanı uşaqlar UNESCO-nun Ümumdünya İrs siyahısında olan Şəkinin tarixi mərkəzi, Qala divarları daxilindəki tarixi-mədəni abidələr və muzeylərlə tanış olublar. Şəhid ailə üzvləri Şəki Xan Sarayı, Şəkixanovların Evi, Karvansaraylar kimi unikal memarlıq abidələrini ziyarət ediblər, Şəki Dövlət Rəsm Qalereyası, Kiş alban məbədində nümayiş etdirilən tarixi və mədəni nümunələr haqqında bilgi alıblar. Uşaqlar Şəki Xan Məscidinin sərgi zalı ilə yanaşı, bu şəhərdən olan yaradıcı şəxslərin və ədiblərin – Mirzə Fətəli Axundovun, Bəxtiyar Vahabzadənin ev muzeylərini ziyarət ediblər. 

Düşərgə iştirakçıları üçün təşkil edilən proqram çərçivəsində uşaqlar ABAD keramika və tətbiqi sənət mərkəzində dulusçuluq, ebru sənəti üzrə ustad dərslərinə qatılıblar, “Şəki Bio Garden” botanika bağına səfər ediblər. 

Proqram çərçivəsində düşərgə iştirakçıları üçün “Zəfər sədası” adlı musiqili tədbir də keçirilib. Tədbirin bədii hissəsində Azərbaycanın xalq artistləri Nəzakət Teymurova və Gülyanaq Məmmədova, həmçinin Azərbaycanın əməkdar artisti İlkin Əhmədov konsert proqramı ilə çıxış ediblər. 

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova iştirak ediblər.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan şəhid ailələrini bir araya toplamaq, onların asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, həmçinin uşaqlara Azərbaycanın tarixi məkanlarını tanıtdırmaqdan ibarət olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri