Icma.az
close
up
RU
“Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” TƏQDİMAT FOTOLAR

“Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” TƏQDİMAT FOTOLAR

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəhidlərimizə həsr olunan “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində nəşr olunub.

Tədqiqatçı jurnalist, QHT sədri Əkrəm Bəydəmirlinin müəllifliyi ilə çap olunmuş kitab Xəzər rayonunda doğulmuş və yaxud bu bölgədə müvəqqəti yaşamış 40 şəhidimizin həyat hekayətini əhatə edib. Əsas missiya qəhrəmanlarımızı bədii-fəlsəfi yanaşma ilə geniş auditoriyaya tanıtmaqdır.

Təqdimat avqustun 16-da saat 14:00-da Xəzər Gənclər Evində baş tutub. Tədbiri şair, publisist, əfsanəvi döyüşçü, şəhid Şahgündüz Cabbarovun atası Kamil Vəfadar (Habil Cabbarov) açaraq kitabın önəmindən danışdı.

Daha sonra bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi anıldı.Təqdimatda şəhid ailələri, Xəzər rayon icra hakimiyyətinin nümayəndəsi Məmməd Əliyev, dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri və digər şəxslər iştirak edirdilər.

Kitabın mövzu ilə bağlı qısa video kadr nümayiş olundu.

Daha sonra tədbirin aparıcısı qonaqlara söz verdi. Professor Təvəkkül Səlimov, Xəzər rayon icra hakimiyyətinin nümayəndəsi Məmməd Əliyev, bir sıra kitabların müəllifi, BDU-nun müəllimi Nazim Vəlişov, sair, publisist Fəxrəddin Meydanlı, şəhid mayor Asiman Əliyevin bacısı İmmi Əliyeva, şəhid kapitan Elçin Mansurovun anası Məleykə xanım, "Zirvə" Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri, tanınmış yazar Şahin Qədirov, QHT təmsiçisi Arzu Əliyeva, şairə Svetlana Zeynalova və digər şəxslər çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər.

Daha sonra şəhid övladları şeirlər səsləndirdilər. Şəhid Nahid Ağalarovun 6 yaşlı övladı Zəhra qızımız atasına həsr olunmuş mahnını ifa etdi. Bu ifa auditoriya tərəfindən coşquyla qarşılandı.

Tədbirin sonunda kitabın müəllifi, layihə rəhbəri Əkrəm Bəydəmirli çıxış edərək bütün qonaqlara, dəstək göstərən hər kəsə, xüsusilə, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü çatdırdı. Layihə rəhbəri onu da əlavə etdi: “II Qarabağ müharibəsində qazilərimizin, şəhidlərimizin şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancı oldu. Qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaq şükürdür. QHT-media təmsilçisi olaraq 1 ilə yaxın müddətdə 40 şəhidin döyüş və həyat yoluna nəzər salaraq “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” adlı kitabı yazıb ərsəyə gətirmək qürurvericidir”.

Xatırladırıq ki, “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı Azərbaycan Milli Elmlər Akademiyası rəyi ilə nəşr olunub. Tədbir xatirə fotosu çəkdirməklə yekunlaşdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Avqust 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri