Şəhid yoldaşı ali məktəbə qəbul oldu FOTO KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
II Qarabağ müharibəsi zamanı şəhid olan kapitan Əliyev Rəşad Əmiralı oğlunun həyat yoldaşı Rəfiqə Əliyeva tələbə adını qazanıb.
KONKRET.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Rəfiqə Əliyeva Azərbaycanın ali təhsil müəssisələrindən birinin “İqtisadiyyat” ixtisasına qəbul olub.
Qeyd edək ki, Kapitan Rəşad Əliyev 2020-ci il noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. O, sağlığında orduda qüsursuz xidmətlərinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” III dərəcəli medalı , “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə də təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Avqust 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















