Türkiyədə hərbçi şəhid oldu KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda sərhəd pozuntusu ilə bağlı əməliyyatda güllə yarası alan əsgər Yusuf Sair Ünlü şəhid olub.
KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
“Oktyabrın 31-də 7-ci Sərhəd Briqadasının Hakkarinin Yüksekova rayonunda sərhəd pozuntusu hadisəsinə müdaxilə zamanı açılan atəşdən yaralanan silahdaşımız, müqaviləli piyada əsgər Yusuf Sait Ünlü helikopterlə Hakkari xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, şəhid olub. Bizləri dərin kədər və hüznə boğan bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və nəcib xalqımıza başsağlığı və səbir diləyirik”.
Baxış sayı:106
Bu xəbər 31 Oktyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















