Icma.az
close
up
RU
Şəhid yoldaşının qətli ilə bağlı İDDİA: Karta görə ÖLDÜRÜBMÜŞ...

Şəhid yoldaşının qətli ilə bağlı İDDİA: Karta görə ÖLDÜRÜBMÜŞ...

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində şəhid Səxavət Məmmədovun 60 yaşlı atası Adıgözəl Məmmədovun 31 yaşlı gəlini Gülüzar Məmmədovanı qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi iddialar yayılıb.

BAKU.WS xəbər verir ki, Məmmədovların qonşuları Modern.az-a hadisənin tamah məqsədilə törədildiyini bildirib.

Qeyd edilib ki, qayınatanın gəlinini öldürmə səbəbi onda olan şəhid ailələri üçün nəzərdə tutulan aylıq müavinət kartını mənimsəmək istəyi olub.

Qonşuların sözlərinə görə, bundan əvvəl də tərəflər arasında ev üstündə mübahisələr yaşanıb. Belə ki, Şuşa şəhərciyinin yaxınlığında inşa edilən binalar 44 günlük müharibədən sonra şəhid ailələrinə verilib. Həmin evlərdən biri də Səxavət Məmmədovun ailəsinə təqdim olunub.

Lakin şəhidin atası Adıgözəl Məmmədov gəlinini bu evdən çıxararaq nəvələri ilə birlikdə orada yaşamağa başlayıb.

"Gəlinindən kartı almaq üçün iyunun 1-i – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edib onları evə çağırıblar. Uşaqlarla görüşüb evinə qayıdarkən qayınatası onun arxasınca gedərək liftdə bıçaqlayıb".

Qonşular bildiriblər ki, səs-küy yarandıqdan sonra çölə çıxıblar: "Burada liftlər gec bağlanır. Elə həmin vaxt bıçaqlayıb. Səs-küyə çıxıb gördük".

Qeyd edək ki, Gülüzar Məmmədova və şəhid Səxavət Məmmədovun iki övladı yadigar qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 İyun 2026 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri