Icma.az
close
up
RU
Xaçmazdakı qətlin təfərrüatı: Anasını buna görə öldürübmüş...

Xaçmazdakı qətlin təfərrüatı: Anasını buna görə öldürübmüş...

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Xaçmaz rayonunun Çaykənarı kəndində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, dekabrın 29-da bıçaqlanan Çaykənarı kənd sakini, Məmmədova Həqiqət Tərlan qızı təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı çoxlu qan itirən 42 yaşlı qadın həkimlərin səyinə baxmayaraq, bir gün sonra xəstəxanada dünyasını dəyişib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatoloqu Orxan Şeydayev bildirib ki, oktaybrın 29-u saat 19:30 radələrində 1983-cü il təvəllüdlü şəxs (qadın) tibb müəssisəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin, qarının ön divarının kəsilmiş-deşilmiş yaraları, daxilə nüfuz etməklə, sol dirsək oynağı, sağ saidin, sol əlin ovuc hissəsinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, oktyabrın 30-da saat 19:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Hadisəni törətməkdə şübhəli bilinən, mərhumun 17 yaşlı oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Mərhumun qohumları bildiriblər ki, ana və övladı arasında münaqişə telefon üstündə başlayıb. Yeniyetmə anasının telefon işlətməsinə qarşı olub, bu səbəbdən mütəmadi mübahisələr yaranıb. Aralarındakı sonuncu mübahisədən sonra Həqiqət Məmmədova yaşadığı evdən çıxaraq kənddəki qohumunun evinə gedib. Bir müddət sonra yeniyetmə həmin evə hücum edərək anasına çoxsaylı bıçaq zərbələri vurub.

Hadisə şahidi Züleyxa İskəndərovanın sözlərinə görə, mərhum Qusarda meyvə bağlarında briqadir kimi çalışırdı. Hadisə baş verən gün H.Məmmədova işdən gəlib çay dəmləmək istəyib. Bu zaman gözlənilmədən evə daxil olan yeniyetmə anasına çoxsaylı bıçaq zərbələri vurub. “Qusardan işdən gəlmişdi. Çay hazırlayırdı. Birdən qışqırdı ki, xala qoyma, kömək elə. Mən də divanda oturmuşdum, xəstə adamam. İçəri girən kimi anasını bıçaqladı. Stulu başına vurdum ki, buraxsın bıçağı əlindən. Stul belinə dəydi, bıçağı atıb çıxıb getdi”,-deyə hadisə şahidi söyləyib.

Qətlə yetirilən qadının 2 oğul övladı var. Hadisəni ailənin kiçik övladı törədib.

Hadisəsi törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə polislər tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başladılıb, istintaq araşdırmaları aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:328
embedMənbə:https://axar.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri