Şəhidimizin qardaşının toyu oldu FOTO
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2022-ci ilin sentyabr döyüşlərində qəhrəmancasına şəhid olan Sərhəd Qoşunlarının Baş gizir Nahid Məmmədovun qardaşı Vüsal Məmmədov ailə həyatı qurub.
Redaktor.az xəbər verir ki, toy mərasimi dünən Cəlilabadın Göytəpə şəhərində şadlıq evlərindən birində baş tutub. Toy mərasimində qohumlar və şəhid ailələri iştirak ediblər.
Qeyd edək ki, Nahid Məmmədov 1990-cı il mayın 9-da Cəlilabadın Vəlnik kəndində anadan olub. Vətən müharibəsində göstərdiyi xidmətlərə görə “Zəngilanın azad olunmasına görə” və “İgidliyə görə” medallarıyla təltif edilib. Sentyabr döyüşlərində göstərdiyi xidmətlərə görə şəhid Nahid Məmmədov ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı və “Azərbaycan Bayraq” ordeni ilə təltif edilib. O, 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 28 Aprel 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















